

Dünyada 1,8 milyarddan çox insan güclü daşqınlar riski altındadır
İyun ayında son 20 ilin rekord daşqınları müşahidə olunub
Ən çox ziyan Ağcakənd qəsəbəsinə dəyib
Daşqınlar onlarla insanın ölümünə səbəb olub
Tağıyev qəsəbəsindən Rusiya sərhədinə qədər avtomagistral çəkilir
Avqust ayında baş verən Harvey qasırğası bir çox Texas sakinini evindən didərgin salıb
Böyük xərcə düşmək istəməyən sürücülərə tövsiyələr
Avtomobili sudan necə mühafizə etmək olar?
Texas suyun altında qalıb, çərşənbə və cümə axşamı dəhşətli leysan gözlənilir
Ən azı 12 nəfər həlak olub, onlarla insan itkin düşüb
Sürüşmə nəticəsində 24 körpünü dağılıb
5 ildən çox sürülən avtomobilin altındakı rezin kipkəclər yoxlanılmalıdır
Kəndlilər qan ağlayır, nazirlik deyir qorxusu yoxdur
Mundialda uduzmağı faciə hesab edənlər təbii fəlakətlə qarşılaşdı
Yol polisi müraciət elədi
Paytaxt sakinlərinə 7 gün ictimai nəqliyyata üstünlük vermək tövsiyə olunur
Bu gün axşam saatlarında yağan güclü leysan yağışından sonra dağlardan gələn sel suları Qobustan rayonu ərazisindən keçən magistral avtomobil yolunda nəqliyyatın hərəkətini dayandırıb.
APA-nın xəbərinə görə, sel suları Bakı-Şamaxı avtomobil yolunun 76-cı kilometrliyində, Ceyrankeçməz dərəsi adlanan əraziyə toplanaraq, orada gölün əmələ gəlməsinə və nəticədə magistral yolun bağlanmasına səbəb olub.
Çökək ərazidən keçən yol və oradakı körpünün üstü su və qalın lil qatı ilə örtüldüyü üçün avtomobillərin hərəkəti tam məhdudlaşıb. Sel suları körpüyə ziyan vurub. Yol bir neçə saat bağlı qaldığı üçün Bakıdan Şamaxı istiqamətinə və əks tərəfə gedən 500-dən çox avtomobil yolda qalıb. Suda və lilin içində batıb qalan minik avtomobilləri xilas edilib. Əraziyə ağır texnikalar cəlb edilib, Ceyrankeçməz çayının yatağı lildən təmizlənib və sel sularının başqa əraziyə axıdılması təmin edilib.