Karantin rejimi sərtləşdirilə bilər
“Təəssüf ki, son vaxtlar koronavirusla mübarizədə müsbət dinamikanı itirməyə başlamışıq”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Adam öldürmə cinayətinə 4 aylıq həbs?
Qonşusunu “Covid-19”a yoluxduran qadına həbs cəzası
-
Auditorlar məhkəməsindən acı etiraf
“COVİD-19” bərpa fondunda gecikmələr nəticəsində AB üzvü dövlətlər pullarını ala bilməyib
-
Ən az etibar edilən peyvənd
ABŞ-da COVİD-19 vaksininə şübhə edənlərin sayı artır
-
Sağlamlıq səfərbərliyi
Meymun çiçəyi virusu haqqında şok təfərrüat
-
“Covid-19”dan daha ölümcül
Özünüzü meymun çiçəyi virusundan qorumağın yeganə yolu!
-
Son bir həftədə 861 yoluxma
Cənubi Koreya “Covid-19” həyəcanı
-
Dünya təşvişə düşüb
Kabus geri dönür; “ən yoluxucu variant” sürətlə yayılır
-
Bir həftədə 7 nəfər ölüb
Yunanıstanda “Covid-19” həyəcanı
-
Kabus xortladı
DST xəbərdar edir, yoluxduqdan beş gün sonra başlayır
-
Yumşalma rahatlıq əvəzinə təlaş yaratdı
Camaatın axışdığı bazarlarda, apteklərdə limon və ağrıkəsici yoxa çıxıb
-
DST gələcək pandemiyalara hazırlaşır
“Mümkün qlobal epidemiyalarla mübarizə” üçün ilk beynəlxalq müqavilə layihəsi hazırlanır
-
Qriplə fərqi qalmadı...
Avropa ölkəsi COVİD-19 yoluxmaları zamanı məcburi karantini ləğv edir
-
Çində etirazçı ovu
Polisi aksiya iştirakçılarını mobil telefon siqnalları ilə aşkarlayır
-
Hökumət geri addım atdı
Çində baş verən etiraz aksiyalarının görünməmiş miqyası pandemiya yumşalmalarına səbəb oldu
-
Çində polis nümayişlərə maneə törədib
Sərt tədbirlər davam edir
-
Fransada COVİD-19 yoluxmalarında artım
Ölkə bronxiolit epidemiyasından keçir
Mayın 5-də Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransı keçirilib. Mətbuat konfransında ölkədə koronavirus infeksiyası ilə bağlı son durum diqqətə çatdırılıb, eyni zamanda aprelin 27-də və mayın 4-də xüsusi karantin rejiminin qismən yumşaldılmasından sonra vəziyyətin arzuolunmaz istiqamətdə dəyişdiyi vurğulanıb.
Təəssüf ki, son vaxtlar koronavirusla mübarizədə müsbət dinamikanı itirməyə başlamışıq. Yoluxmaların sayı artır. Bu bizim üçün gözlənilməz deyildi. Çünki bilirdik ki, karantin rejiminin yumşaldılmasından sonra yoluxma hallarında artım qeydə alınacaq. Bunun səbəbini bilmək üçün küçəyə çıxmaq yetərlidir.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, qaydalara riayət edildiyi halda yenidən yoluxma halları azala bilər: “Əgər situasiya pisləşməyə doğru getsə, regional və ya daha geniş miqyasda karantin rejimi sərtləşdirilə bilər”.
Nazirlər Kabineti Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov karantin rejimi ilə bağlı növbəti addımların mayın 11-dən sonrakı vəziyyətə görə atılacağını deyib.
“Ticarət mərkəzlərinin mayın 11-dən açılıb-açılmayacağı bu həftə bilinəcək. Amma bugünkü statistika ürəkaçan deyil”, – deyə o bildirib. Onun sözlərinə görə, rayonlarda ticarət mərkəzləri açılıb, amma bu bizə əsas vermir ki, arxayınlaşaq: “Ticarət, ictimai iaşə müəssisələri barədə metodiki göstərişlər var. Həmin yerlərdə bu təlimatlara əməl etmək mütləqdir, əks halda neqativ statistika ilə üzləşirik. Bu isə yumşalmaya mane olur.
Metronun fəaliyyətinin bərpa edilməsi də koronavirusla bağlı vəziyyətdən asılıdır. Mayın 11-nə doğru xəstəliklə bağlı tendensiyanın necə olacağı bununla bağlı qərar qəbul etməyə imkan verəcək”.
İbrahim Məmmədov 65 yaşdan yuxarı vətəndaşların küçəyə çıxma məsələsinə də toxunub. Bildirib ki, mayın 11-nə doğru statistika pozitivə doğru meyil edərsə, bu məsələyə də baxılacaq.
Xaricdəki Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsinə gəlincə, bu məsələ hər gün müzakirə olunur: “Əgər gələnlərin arasında koronavirusa yoluxanlar varsa, onlar ayrıca otaqlarda yerləşdirilməlidirlər. Belə yerlər olmalıdır ki, həmin gələnləri karantinə qəbul edə bilsinlər”.
Mətbuat konfransında həmçinin mayın 5-də Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclasının keçirilməsi barədə də məlumat verilib.
Nazirlər Kabineti Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu günə qədər fonda 113 milyon manatdan artıq vəsait toplanıb: “Fonda toplanan vəsaitlərin 80 faizi vətəndaşların ianələridir”.
Milli Məclisin deputatı, İctimai Nəzarət Şurasının üzvü Ziyad Səmədzadə isə Fonda 11 mindən çox insanın dəstək verdiyini diqqətə çatdırıb.
İ.Məmmədov deyib ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının növbəti iclasında yazılı təkliflər müzakirəyə çıxarılacaq: “Həkimlərin sosial təminatı, təbliğat və digər təkliflər irəli sürülüb. Növbəti iclasda yazılı təkliflər hazırlanacaq, təkliflər ekspertlər tərəfindən qiymətləndiriləcək və İctimai Nəzarət Şurasının növbəti iclasında bu məsələlər müzakirəyə çıxarılacaq”.
TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib ki, yanvarda avadanlıqlar, qoruyucu vasitələr barədə siyahı hazırlanıb, sifariş edilib: “Hansısa xərclərə ehtiyacımız olacaqsa, biz təkliflərimizi hazırlayaraq Fondun İctimai Nəzarət Şurasına təqdim edəcəyik”.
Koronavirusla Mübarizəyə Dəstək Fondunun əsas işlərindən biri də təbliğat olacaq. Bu sözləri Fondun İctimai Nəzarət Şurasının üzvü, Xalq artisti Fərhad Bədəlbəyli deyib.
“Bulvar bağlı olsa da, çimərliklərdə gəzənlər, maşınlarla gələnlər var. Mən onları başa düşürəm, təbii ki, onlar darıxıblar. Amma biz onları başa salmalıyıq və izah etməliyik ki, bu, çox ciddi bir bəla, gözəgörünməz bir təhlükədir. Sağ-salamat olduğun yerdə birdən-birə belə bir faciə ilə üzləşirsən. Ona görə biz bu sahədə vəziyyətin ciddi olduğunu anlamalıyıq və fondun əsas işlərindən biri də təbliğat olacaq. Biz telekanallar və təbliğat vasitəsilə daha ciddi kliplər, ciddi verilişlər verməli və bütün formalardan istifadə etməliyik ki, vətəndaşlar məsələnin ciddiliyini anlasınlar”, - deyə o bildirib.