

Demensiya xəstələrinin sayı artacaq, İybilmə, zehni yorğunluq ...
COVİD-19-a yoluxma sayı yarım milyarddan artıqdır
Səhiyyə Naziri: “Payıza kimi müəyyən gözləntilər var”
Virusla mübarizədə “sıfır tolerantlıq” nəticə verirmi?
Pekin iki təhlükədən narahatdır
Sakinlərindən milyon nəfərinin tək yaşadığı Nyu York iki il ərzində tənhalıq eksperimentinə çevrilib
“Bunu ancaq alqışlamaq olar”
Koronavirusa qlobal yoluxmalar 500 milyonu keçdi
Müharibə COVİD-dən sonrakı problemləri daha da dərinləşdirəcək
Azərbaycanda azalan koronavirus yenidən Çinə qayıdıb
Polisin əməliyyatına baxmayaraq bəzi yük maşını sürücüləri etirazlarını davam etdirib
“Omikron”un alt növü ciddi xəstəliklər törədə bilər
3-cü doza peyvəndlənmə ilə bağlı 6 suala cavab
Alimlər koronavirusun növbəti təhlükəli ştammı barədə xəbərdarlıq ediblər
ABŞ-Kanada sərhədində gərginlik davam edir
4000-ə qədər dövlət işçisinin ixtisarında peyvənd problemi
Mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.
Bu barədə Nazirlər Kabinetinin aprelin 22-də qərarında deyilir.
Qərara əsasən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 iyul saat 06:00-dək uzadılıb.
Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.
Xatırladaq ki, bir həftə bundan qabaq ölkəyə giriş üçün COVID-19-a dair PCR testinin təqdim etmək tələbi ləğv olunub. Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Məlumatda deyilirdi ki, Nazirlər Kabinetinin 14 aprel tarixli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir. Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il mayn 1-dək xüsusi karantin rejimi tətbiq edilib.
Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Ölkədə 2021-ci il sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirildiyinə görə, indiyə kimi ölkədə ümumilikdə 792 445 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 9707-si vəfat edib.
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Commentics
Sorry, there is a database problem.
Please check back shortly. Thanks.