

İranın təhlükəsizlik naziri etirazçıları hədələdi
Fars-molla rejimi musiqili gecəyə bir gün qalmış qrupun lisenziyasını ləğv edib
Əhali ilə işçilər arasında qarşıdurmalar yaranır
Fars-molla rejimi Güney Azərbaycanının təbii sərvətini başqa vilayətlərə daşıyır
Ərdəbil küçələrində ərzağın bahalaşmasına etiraz olunub
Ölkənin bəzi şəhərlərində iğtişaşlar nəticəsində bir neçə mağaza yandırılıb
İmmiqrasiyası nəticəsində bölgələrdə həkim sayı azalır
PJAK-a yaxın SEPAH üzvü dindirilərkən İsrailli diplomatı, ABŞ generalına sui-qəsddən danışıb
Çörək, makaron, şirniyyat məhsullarının da qiyməti qalxacaq
İranda ən çox edam hökmü qeyri-farslara qarşı həyata keçirilir
Urmiya gölünün cənub hissəsinin itirilməsi təhlükəsi var
Ali məktəblər hərbi bazaya dönüb, paltarın qolunun uzunluğu, corablara görə rəsmi xəbərdarlıqlar
Keşiş Əzizyan fars-molla rejiminin dili ilə danışıb
Yerli seçkilərdən narazı qalan hökumət dəyişiklik üçün korrupsiya bəhanəsini gətirir
Tanınmış Güney Azərbaycanlı alim Əkrəm Rəhimli vəfat edib
Cavad Abbasi: “Milli hərəkat İranın siyasi meydanlarında öz iradəsini əks etdirməlidir”
İranın avarçəkmə üzrə milli komandasının üzvü olan zəncanlı idmançı Bəhmən Nəsiri Azərbaycana mühacirət etməsi ilə bağlı xəbər vermişdik. Əfşin Fərzam bu barədə İSNA xəbər agentliyinə danışıb. İranın avarçəkmə üzrə milli komandasının baş məşqçisi Nəsirinin köçməsindən sonra artıq heç kim onun yerini milli komandada tuta bilməz ifadəsi ilə öz narahatlığını bildirib.
Bəhmən Nəsiri İranın avarçəkmə üzrə medal qazanmaq şanslarından biri sayılırdı. O, daha öncə də Azərbaycana mühacirət qərarı alıb və bu ölkəyə getmişdi, ancaq bəzi səbəblərdən dolayı yenidən geri qayıtmışdı.
Nəsirinin Asiya Oyunlarına təxminən üç ay qalmış Şimaldakı vətəninə köçməsi İranda bir çoxlarının narahatlığı və medianın reaksiyasına səbəb olub. “Əfşin Fərzam 2022 Asiya Oyunları üçün İran əsas oyunçularından birini itirib”, – deyə vurğulayıb.
İranın avarçəkmə üzrə milli komandasının baş məşqçisi deyib ki, qarşıdakı beş ayda Bəhmən Nəsirinin rekordlarına yetişə bilən bir idmançı hazırlasam belə, daha əvvəl yarış meydanını görmədiyi üçün onu start xəttinə göndərmək riskli olacaq. Bəhmən Nəsiri daha əvvəl Asiya Çempionatı və Kuboku və Olimpiya seçmə oyunlarında iştirak etmiş və bu baxımdan təcrübəli bir idmançıyıdı.
Nəsiri Azərbaycana mühacirət etmədən əvvəl İranda işə götürülməməsindən şikayət edərək, onun mühacirətə getməsinin əsas səbəblərindən birinin İranda işsizlikdən çəkdiyi əziyyətlər olduğunu bildirib.
Daha öncə də çox sayda tanınmış idmançı İran komandalarından ayrılaraq Şimali Azərbaycana köçüblər.
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Commentics
Sorry, there is a database problem.
Please check back shortly. Thanks.