Putin polisə yeni səlahiyyət verdi
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
14:56 | 21 iyul 2022 | Cümə axşamı
Məqaləyə 2457 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Kreml milyarderinin Fransadakı villasının arxasından Rusiya nəhəngi çıxdı
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Kreml büdcədə kəsirini bağlamaq üçün əlində-ovcunda olanları satır
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Yüksək rütbəli din xadiminin avtomobilində narkotik tapıldı
Ermənistan məhsulları mərhələli şəkildə Rusiya bazarından sıxışdırılır
Rusiya Ermənistanın daha bir brend məhsuluna qadağa tətbiq etdi
Moskva-İrəvan gərginliyi və Cənubi Qafqazın yeni sınağı
Üç dəfə dünya və yeddi dəfə Avropa çempionunun oğlu 5 illik vətəndaşlıq alıb
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Rusiya Avropa ölkələrinə qaz nəqlini azaldıb. Brüssel Avropa Birliyi ölkələrini xəbərdar edib ki, ümumiyyətlə bu qış Rusiyadan qaz almaya bilərlər. Moskva özü də Avropaya qaz ixracını dayandırmağa hazırlaşır. Avropa alternativ bazarlar axtarır. Brüsselin Bakı ilə imzalasığı enerji sazişi də bununla bağlıdır.
Kremlin ümidi Çin bazarınadır. Rusiya Avropaya sata bilməyəcəyi qazı Çinə nəql etməyi planlaşdırır. Ancaq hazırkı rəqəmlər Kreml üçün ümidverici deyil. Rusiya hazırda Çinə il boyu 4.5 milyard dollar dəyərində qaz sata bilir. Kremlin Çinə uzanan qaz boru xəttini genişləndirmək üçün ən azı 30 milyard dollar yatırım qoyması lazımdır. İndiki sanksiyalar rejimində Rusiyanın valyuta ehtiyatı tükənə bilər.
Çinin illik qaza olan tələbatı 340 milyard kubmetrdir. Çinin iqtisadiyyatı artdığından 2025-ci il üçün qaza olan tələbatı 450 milyard kubmetrə çata bilər. Ancaq Pekin qaz idxalında bir dövlətdən asılı olmaq istəmir. Rusiya Çinə qazın nəqlində sadəcə üçüncü sırada qərar tutub. Çin qazı Mərkəzi Asiya ölkələrindən də idxal edir.
Rusiyalı ekspertlər Çinin Rusiya üçün Avropa bazarını əvəz edəcəyi məsələsində optimist deyillər. Rusiya 2021-ci il ərzində Avropa ölkələrinə 155 milyard kubmetr qaz nəql etmişdi. Bu həcmin tamamını Çinə yönəltmək praktik baxımdan mümkün deyil. Rusiyanın “Gazprom” şirkəti 2025-ci il üçün Çinə qaz nəqlini 50 milyard kubmetrə çatdırmaq istəyir. Bu məqsədlə iki ölkəni birləşdirən “Sibirin gücü” boru xəttindən istifadə ediləcək. Ancaq bu boru xəttinin imkanları məhduddur. Ona görə də Rusiya sürətlə “Sibirin gücü – 2” boru xəttinin tikintisini bitirməyə çalışır. Ancaq boru xəttin Sibirdəki zəngin qaz yataqlarına uzadılmalıdır. Müxtəlif hesablamalara görə 1400 kilometrlik boru xətti çəkilməlidir. Bunu isə ən yaxşı halda 2027-ci il üçün bitirmək olar. Digər tərəfdən yeni boru xəttinin tikintisinə əlavə təxminən 14 milyard dollar xərclənməlidir.
Beləliklə, Rusiya Avropa bazarından imtina etsə də, ən azı 5 il ərzində bu bazarı əvəz edəcək məkan tapa bilməyəcək. Bu o deməkdir ki, Rusiyanın 5 il ərzində qaz satışından gəlirləri və büdcəni doldurmaq üçün resurslar azalacaq.