
Komanda yoldaşı ilə sərt rəqabət
Yalnız “McLaren” komandasının sürücülərinin mübarizəsi yarışlara rəng qatacaq
Yalnız “McLaren” komandasının sürücülərinin mübarizəsi yarışlara rəng qatacaq
8 podium, 5 qələbə, 2 het-trik – Oskarlıq pilot
... Yaxud “Formula 1”in ikiüzlü halqası
Oskar maşından maksimumu ala bildi
İsti hava, uzun yarış təkərlərin qənimidir
Şumaxerin avtomobili rekord qiymətə satılıb
Qalibi pit-stoplarda həll müəyyənləşən Monako
... Yaxud xırda toxunuşun möcüzəsi
... Sarı təkərlərlə ideala yaxın dövrə
Rassell sakit və səssiz öz işindədir
Komanda səhvi və virtual təhlükəsizlik “Red Bull”u pilotunu podiuma buraxmadı
Bir ildə karyera boyu qazanılandan çox qələbə
Poulu əldən verən kiçik səhvlər ...
... Yaxud Piastrinin ilklərə başlayan ili
Yarış boyu liderliyi qorudu
Kim nə deyirsə, desin. Günün adamı Karlos Saynsdır. Axırıncı yerdən başladı, pitdə gecikdirildi, 5 saniyə cəza aldı, amma yenə də 5-ci oldu. 5 saniyə cərimə olmasa, bəlkə podiumda idi. “Ferrari” düzəlmir… Peresə hücumu başqa səviyyə idi.
Şarl Leklerə gələndə isə… Yenə qaz pedalı problemi olub. Ardıcıl ikinci yarışda bu problem üzə çıxdı. Bəsit bir səhvdir bu. Belə bəsit səhvlər hər yarış təkrarlanırsa, çempionatdan çəkilsinlər. Lekler bu il üçüncü dəfə yarışda lider gedərkən “out” oldu. Bu isə itən 75 xal deməkdir. Verstappenin ekstra qazandığı 7 xalları hesablasaq, 96 xal edir. Bu isə o deməkdir ki, problemlər olmasa, çempionatda lider idi.
Dünən dediyim kimi oldu. “Mercedes”in təkəri gec qızdırması onlara sıralanmada geri salsa da, yarışda önə çıxdılar. Nəticədə ikiqat podium gəldi. “Ferrari”nin səhvləri də var, amma bu müzakirə olunmamalıdır. Hamiltonun uzanması əfsanədir.
Sonlarda Peres nə etdi, nə etmək istədi?
Sonda Maks Verstappendən yazaq. Artıq onu ikinci çempionluq münasibətilə təbrik etmək olar. Dəmir kimidir. Özü də səhv etmir. “Red Bull” da mükəmməldir. “Red Bull” elə mükəmməldir ki, Peres kimi bir odun orada yaxşı sürücüyə oxşayır. 63 xal bağlanası fərq deyil. Hələ Lekler iki dəfə axırdan başlamalıdır.
Fernando Alonso MakLarenləri geridə qoydu. Rəsmən məzələndi onlarla. Ustalıq budur.