
Marsel alovlara təslim oldu
Onlarla ev və avtomobil yanıb, nəqliyyat iflic olub
Onlarla ev və avtomobil yanıb, nəqliyyat iflic olub
Marsel hava limanı bağlanıb, qatarların hərəkəti dayandırılıb
Fermada baş verən yanğında yüzlərlə heyvan həlak olub
Daha bir şəhər boşaldılıb
Meşənin alovlanması səbəbindən 2 kənd boşaldılıb
Yunanıstanın cənnəti cəhənnəmə döndü
Fövqəladə vəziyyət elan edilib
Evlər və hotellər boşaldılıb
Mübahisə edən məhbuslar çarpayıya od vurdular
Yanğınlar necə başladı, son vəziyyət necədir?
Minlərlə insan evsiz qaldı
Nəhəng gəmi 3 min avtomobil üçün məzar oldu
Fövqəladə vəziyyət elan edildi, ada boşaldıldı
40-a yaxın nəqliyyat vasitəsi yararsız hala düşüb
İnsanlar, şirkətlər və dövlətlər nəyə hazır olmalıdırlar?
Mərakeşin şimalında meşə yanğınları 5 gündür davam edir
ABŞ tədqiqatçıları havanın çirklənməsinə səbəb olan amillər arasında meşə yanğınlarının tüstüsünün insan beyninə ən çox mənfi təsir göstərə biləcəyini aşkar ediblər. Nəticələri Alzheimer Dərnəyinin Beynəlxalq Konfransında təqdim edilən araşdırma, yanğın tüstüsünün təsirinin intensivliyindəki hər mikroqram artımın demans diaqnozu ehtimalını təxminən 21 faiz artırdığını göstərdi.
Vaşinqton və Pensilvaniya universitetlərindən olan elm adamları 2009-2019-cu illər arasında Cənubi Kaliforniyada yaşayan 1,2 milyon yaşlı insanın sağlamlıq qeydlərini araşdırıblar.
Tədqiqatçılar havanın çirklənməsinə səbəb olan PM 2.5 (diametri 2,5 mikrometrdən az olan incə hissəciklər) 3 il ərzində insanların nə qədər məruz qaldığını hesablamaq üçün hava keyfiyyəti məlumatlarından istifadə ediblər.
Tədqiqatçılar meşə yanğını tüstüsünə məruz qalma intensivliyindəki hər mikroqram artım üçün demans diaqnozu qoyulma ehtimalının təxminən 21 faiz artdığını qeyd edib. Alimlər havanın çirklənməsinə səbəb olan digər amillərə məruz qalma intensivliyindəki hər 3 mikroqram artımın bu xəstəliyə yoluxma nisbətini 3 faiz artırdığını qeyd ediblər.
Tədqiqatçılar, sözügedən məlumatların meşə yanğınlarının səbəb olduğu havanın çirklənməsinin beyin funksiyalarına mənfi təsirinin daha yüksək olduğunu ifadə edə biləcəyini ortaya qoyublar.
Alzheimer Dərnəyinin baş elmi işçisi Maria Karrillo, yay aylarında meşə yanğınlarının artması ilə birlikdə tapıntıları dəstəkləmək üçün daha çox işin edilməsi lazım olduğunu vurğulayaraq, “xüsusilə də ən çox görülən xəstəlik növü olan Alzheimer riskinin olduğunu nəzərə alsaq, çirkli havadan qaçmaqda çətinlik çəkən əhali üçün təhlükə daha yüksəkdir”. – deyib.