
İrqçilik doğuşdan gəlir, yoxsa psixoloji bir problemdir?
Psixoloji səbəblər və elmi baxış
Psixoloji səbəblər və elmi baxış
“Qida yağını özümüz də istehsal edə bilərik”
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
20 ildən sonra dünyanın ən güclü 10 pasportundan çıxdı
Qədim qızıldərili mifologiyası gündəmdə
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
ABŞ Çinlə ticarət danışıqlarında böyük irəliləyiş gözləyir
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Federal işçilərin işdən çıxarılmasına başlanacaq
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Türkiyənin Rusiya enerjisindən imtina etməsi ehtimalına Moskvadan cavab
Əvvəl partlayış baş verib, sonra atışma olub
Kreml Moskva görüşü təklifini xatırlatdı
Trampdan kütləvi ixtisarla hədələdi
ABŞ-ın yeni administrasiyası maliyyə auditini davam etdirir, xərcləri azaldır, dövlət strukturlarında ixtisarlar aparır, üstəgəl əlavə gəlirlər əldə etmək məqsədilə rüsumları artırır. Bu dəfə Prezident Donald Trampın göstərişi ilə ABŞ-ın poçt xidməti ölkəyə daxil olan bağlamaların qəbulunu ciddi nəzarət altına alıb. Bu qərara qədər ABŞ-a 800 dollar dəyərində göndərilən bağlamalar gömrük rüsumlarından azad idi. Bu bağlamalar nəzarət altına alınmır, maneəsiz ABŞ-a daxil olurdu. Bundan sonra ABŞ gömrükçüləri və sərhədçiləri bütün bağlamaları açmaq və yoxlamaq səlahiyyətlərinə malik olacaqlar. “CNN” televiziya kanalının məlumatına görə, yoxlamalar bağlamaların ünvana çatdırılmasını ləngidəcək. Bu qadağalar Çinin elektron kommersiyası ilə məşğul olan şirkətlərin fəaliyyətinə mənfi təsir edəcək. Buna qədər həmin şirkətlər milyonlarla bağlamaların ABŞ-a çatdırılmasından böyük gəlirlər əldə edirdilər.
Donald Trampın ABŞ-da suveren sərvət fondlarının yaradılmasına yol açan fərman imzalaması da diqqət mərkəzindədir. Bu fərmana görə, ABŞ Maliyyə Nazirliyi və Ticarət Departamentinə fondun təsis edilməsi üçün lazımi addımları atmağa imkan verir. Tramp, ABŞ-nin böyük potensiala sahib olduğunu və belə bir fonda ehtiyacı olduğunu vurğulayıb. Tramp “TikTok” platformasının satın alınmasında da bu fondun rol oynaya biləcəyini qeyd edib. ABŞ-da formalaşacaq sərvət fondlar Çinin dövlət investisiya vasitələrinə güclü rəqibinə çevirəcək. Şanxaydakı Fudan Universitetinin Amerika Araşdırmaları Mərkəzinin professoru Xin Qiangın fikrincə, təklif olunan fond formalaşarsa, bu, Çinin suveren investisiya platformasını hədəfə çevirə bilər.
Bu arada, ABŞ-ın günəş enerjisi və akkumulyator sistemləri təchizatçısı olan “Enphase Energy” şirkəti Çindəki fəaliyyətini dayandırmaq qərarını verib. Donald Trampın Çinə qarşı başlatdığı ticarət müharibəsi adı çəkilən şirkəti çalışdığı ölkəni tərkinə məcbur edib. Çünki şirkət rəhbərliyinin qənaətinə görə, ABŞ-ın Çinə tətbiq edəcəyi yüksək tariflər şirkətin Çindəki akkumulyator istehsalına da mənfi təsir edəcək. Bu səbəbdən şirkət Çindəki istehsalını qonşu ölkələrdən birinə köçürmək barədə qərar verib. Şirkət rəhbərliyi istehsalı konkret hansı ölkəyə köçürəcəklərini açıqlamasalar da, bu elə bir ölkə olmalıdır ki, ABŞ-ın yüksək tariflərinə məruz qalmasın.