
Almaniyada küçələri su basdı
Ölkənin şimalında güclü yağışlar yolları bağladı, xəbərdarlıq xəritəsi genişləndi
Ölkənin şimalında güclü yağışlar yolları bağladı, xəbərdarlıq xəritəsi genişləndi
Uşaq düşərgəsi seldən iki gün əvvəl tam hesabat alıb
ABŞ-da daşqınlar nəticəsində ölənlərin sayı 104-ə çatıb
Sel ABŞ-da vəziyyəti getdikcə ağırlaşdırır
Ölənlərin sayı artır
“Google Maps” onlayn xəritə proqramı əksər magistralları bağlı göstərib
Ən pis ssenari baş verməyə başlayır
Fransanın 17 vilayətində güclü fırtına xəbərdarlığı
Tufan və leysan ölkəni iflic edib, yollar və körpülər dağılıb, 3 nəfər ölüb, xeyli itkin var
Küçələri və binaları su basdı
Səbəblər, müqayisələr və həll yolları
“Alfred” tropik siklonu Avstraliyanın şərq sahillərini təhdid edir
İqlim dəyişikliyi Avropada daşqın ehtimalını iki dəfə artırıb
Daşqın nəticəsində 226 həlak olub, 77 nəfər itkin düşüb
Güclü yağışlar nəticəsində kənd və qəsəbələr su altında qalarkən, bəzi körpülər uçub, evlər dağılıb
Güclü yağışlarla mübarizə paran Rumıniyada 4 nəfər həlak oldu
Bu gün axşam saatlarında yağan güclü leysan yağışından sonra dağlardan gələn sel suları Qobustan rayonu ərazisindən keçən magistral avtomobil yolunda nəqliyyatın hərəkətini dayandırıb.
APA-nın xəbərinə görə, sel suları Bakı-Şamaxı avtomobil yolunun 76-cı kilometrliyində, Ceyrankeçməz dərəsi adlanan əraziyə toplanaraq, orada gölün əmələ gəlməsinə və nəticədə magistral yolun bağlanmasına səbəb olub.
Çökək ərazidən keçən yol və oradakı körpünün üstü su və qalın lil qatı ilə örtüldüyü üçün avtomobillərin hərəkəti tam məhdudlaşıb. Sel suları körpüyə ziyan vurub. Yol bir neçə saat bağlı qaldığı üçün Bakıdan Şamaxı istiqamətinə və əks tərəfə gedən 500-dən çox avtomobil yolda qalıb. Suda və lilin içində batıb qalan minik avtomobilləri xilas edilib. Əraziyə ağır texnikalar cəlb edilib, Ceyrankeçməz çayının yatağı lildən təmizlənib və sel sularının başqa əraziyə axıdılması təmin edilib.