
Marsel alovlara təslim oldu
Onlarla ev və avtomobil yanıb, nəqliyyat iflic olub
Onlarla ev və avtomobil yanıb, nəqliyyat iflic olub
Marsel hava limanı bağlanıb, qatarların hərəkəti dayandırılıb
Fermada baş verən yanğında yüzlərlə heyvan həlak olub
Daha bir şəhər boşaldılıb
Meşənin alovlanması səbəbindən 2 kənd boşaldılıb
Yunanıstanın cənnəti cəhənnəmə döndü
Fövqəladə vəziyyət elan edilib
Evlər və hotellər boşaldılıb
Mübahisə edən məhbuslar çarpayıya od vurdular
Yanğınlar necə başladı, son vəziyyət necədir?
Minlərlə insan evsiz qaldı
Nəhəng gəmi 3 min avtomobil üçün məzar oldu
Fövqəladə vəziyyət elan edildi, ada boşaldıldı
40-a yaxın nəqliyyat vasitəsi yararsız hala düşüb
Mərakeşin şimalında meşə yanğınları 5 gündür davam edir
“Qatara benzinlə dolu bidonla girdi”
««Gazelli» şirkətinə məxsus fabrikin ərazisində yanğın dəftərxana məhsulları - bröşurlar və kağız saxlanan anbarda baş verib». Bunu APA-ya «Gazelli Group» şirkətinin hüquqşünası Murad Əliyev deyib.
Şirkət nümayəndəsi bildirib ki, təxminən saat 15 radələrində anbar yanmağa başlayıb: «Birdən-birə tüstü qalxdığını gördük. Anbarda çoxlu kağız olduğu üçün alov qısa müddətdə bütün anbar ərazisinə yayıldı. Dərhal fabrikin bütün işçiləri təxliyə olundu. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edildi. Təxminən 1,5 saat ərzində yanğın tam söndürüldü».
M. Əliyev qeyd edib ki, yanğın nəticəsində heç kim xəsarət almayıb: «Yanğının baş vermə səbəbi araşdırılır. Bu barədə ictimaiyyətə məlumat veriləcək».
***
17:49
«Gazelli» kosmetika zavodunun anbarında baş verən yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, tüstüdən zəhərlənən 1 qadın və 9 kişiyə yerində yardım göstərilib.
Onların hamısının vəziyyəti yüngül olub, heç kim xəstəxanaya aparılmayıb.
İlkin tibbi yardım göstərildikdən sonra onlar evə göndəriliblər.
***
17:09
«Gazelli Group»da baş verən yanğın söndürülüb.
Bunu «Gazelli Group»un İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı deyib.
O bildirib ki, təxminən 1 saat əvvəl şirkətə məxsus anbarların birində qısaqapanma baş verib. Yanğının qarşısı tez bir zamanda alınıb: «Nəticədə insanların səhhətinə və anbarda saxlanılan məhsullara ziyan dəyməsinin qarşısı alınıb».
Şöbə müdirinin sözlərinə görə, yanğın nəticəsində insanların xəsarət alması barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir.
***
16:43
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, Xəzər rayonunda fəaliyyət göstərən «Gazelli» kosmetika zavodunun anbarında baş verən yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
16:40
Xəzər rayonun Şüvəlan qəsəbəsində «Gazelli» kosmetika zavodunda yanğın başlayıb.
Baku.ws xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın nəticəsində kimyəvi maddənin kəskin qoxusu ətrafa yayılıb. Nəticədə bir neçə nəfərin vəziyyəti pisləşib.
Nazirlikdən bildiriblər ki, yanğın söndürən maşınlar artıq hadisə yerində işləyirlər.