
Gömrük vergisi iki dəfə artdı
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Rusiyanın “Rosneft” neft şirkətinin məhkəmə departamentinin əməkdaşı Anastasiya Rüstəmovanın əri Emin Rüstəmov özünü oğurlatdırıb. “Baza” telegram-kanalı xəbər verir ki, buna səbəb Anastasiyanın ərinə futbol oyunlarına pul qoymaq üçün “cibxərcliyi” verməməsi olub.
A.Rüstəmova mayın 17-si polisə müraciət edib. Qadın ağlayaraq bildirib ki, əri Emini oğurlamış şəxslər ondan pul tələb edirlər və əgər gecə yarısınadək o, 520 min rublu quldurlara çatdırmasa, ərinin cinsiyyət üzvlərini kəsəcəklər. Cinayətkarın Qafqaz ləhcəsində danışdığı bildirilib.
Polis əməkdaşları qadına məsləhət görüblər ki, tələb olunan pulu versin. Onlar cinayətkarları pulu alan anda yaxalamaq qərarına gəliblər. Anastasiya pulu asan tapıb – pis qazanmırmış.
Təyin olunmuş vaxtda cinayətkarlarla Anastasiya Rüstəmova yanacaqdoldurma stansiyasında görüşüblər. Pul dolu paket oğrulara çatan kimi Emin yaxınlıqda görünüb. O, ağır və bivec addımlarla baş verənləri kənardan izləyirmiş. Elə bu an Anastasiya ərinin borclarını xatırlayıb və hər şeyi anlayıb.
Məlum olub ki, Eminin bukmeker kontorlarına xeyli borcu yığılıb və onları qaytarmağa pulu yoxdur. Rüstəmov qərara gəlib ki, dostunu onu oğurlamağa razı salsın ki, arvadından lazım olan məbləği qoparsın.
Polis əməkdaşları oğru ilə onun “qurbanını” tutublar. (virtualaz.org)