
Sanki kimlərsə pusquda dayanıb
Cəmiyyətin informatorları məsuliyyətli olmalıdır
Cəmiyyətin informatorları məsuliyyətli olmalıdır
Hikmət Hacıyev: “Azərbaycan mediası ölkəmizin “yumşaq güc” vasitələrindən biridir”
MEDİA və “Azərpoçt” MMC tərəfindən hazırlanan poçt markası dövriyyəyə buraxılıb
“Süni İntellekt Dövründə Jurnalistika: Avtomatlaşdırma Şəraitində Həqiqətin Qorunması” mövzusunda müzakirə
3-cü Şuşa Qlobal Media Forumunda növbəti panel
Forumun iştirakçıları Laçın şəhərinin görməli yerlərini gəziblər
Şuşa Qlobal Media Forumunun iştirakçıları Qarabağı gəzir
TDT-nin Media Şöbəsi mətbuat və media qurumlarının nümayəndələri bir araya gəlib
Laçında mövzusunda dəyirmi masa keçirilib
3-cü Şuşa Qlobal Media Forumunda ilk panel sessiyası
Hikmət Hacıyev: “Şuşa Qlobal Media Forumunda müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır”
“Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə” adlı sərgi
... Yaxud televiziyanın namusu və asan pulun cazibəsi
... Yaxud psixi xəstə, “Artsax” sevdalısı sarsax
Medianın İnkişafı Agentliyinin açıqlaması
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb
Dünən (martın 29-da) Bakı Apelyasiya Məhkəməsi hakim Faiq Qasımovun sədrliyi ilə ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla birgə ittiham olunan Nadir Məmmədov, Şahin İbrahimov və Telman Tahirovun barələrində olan hökmdən verdikləri apelyasiya şikayətlərini təmin etməyib.
Vüqar Səfərlinin vəkili Hikmət Əliyev məhkəmənin qərarından kassasiya şikayəti verəcəyini bildirib.
Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasından məhkəmənin qərarı ilə bağlı şərh almaq mümkün olmayıb. Belə ki, dəftərxananın əməkdaşı məhkəmənin qərarının şərh edilmədiyini və narazı tərəfin yuxarı məhkəməyə şikayət etmək hüququna malik olduğnu bildirib.
Vüqar Səfərli və onunla birgə təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Səfərli 10 il 6 ay, Nadir Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə digər təqsirləndirilənlər - Bünyamin İsmayılov, Ədalət Vəliyev, Namiq Hacıyev, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Şahin İbrahimov və Təhminə Yaqubovaya sınaq müddəti seçilməklə şərti cəza verilib.
Məhkəmənin hökmü ilə həmçinin Bakı şəhərində Mətbuat prospektində yerləşən ümumi sahəsi 12 535,9 kvadrat metr olan, dəyəri otuz milyon manatdan çox qiymətləndirilən Beynəlxalq Mətbuat Mərkəzi və prokurorluğun depozit hesabına qoyulan 1 milyon manat pul vəsaiti müsadirə olunub.
Bina Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənovun təqsirləndirilən bacanağı Ədalət Vəliyevə məxsus olub.
Eyni zamanda məhkəmənin hökmü ilə Vüqar Səfərlinin Bakının Xətai rayonunda, İsmayıllı rayonunda yerləşən fərdi yaşayış evləri müsadirə edilib, bank hesablarına həbs qoyulub. Bundan başqa, Ədalət Vəliyevin Mətbuat prospektində yerləşən çoxmərtəbəli yaşayış binası və digər daşınmaz əmlakları müsadirə olunub.
İstintaq tərəfindən mənimsəmənin ümumi məbləği 18 milyon manat müəyyən edilib. Pullar Bakının Səbail rayonunda jurnalistlər üçün yaşayış binasının tikintisi zamanı mənimsənilib. Mənimsəmə 2015-2018-ci illərdə baş verib.