
Mehtər əcdadın şah oğlu?
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
İranın avarçəkmə üzrə milli komandasının üzvü olan zəncanlı idmançı Bəhmən Nəsiri Azərbaycana mühacirət etməsi ilə bağlı xəbər vermişdik. Əfşin Fərzam bu barədə İSNA xəbər agentliyinə danışıb. İranın avarçəkmə üzrə milli komandasının baş məşqçisi Nəsirinin köçməsindən sonra artıq heç kim onun yerini milli komandada tuta bilməz ifadəsi ilə öz narahatlığını bildirib.
Bəhmən Nəsiri İranın avarçəkmə üzrə medal qazanmaq şanslarından biri sayılırdı. O, daha öncə də Azərbaycana mühacirət qərarı alıb və bu ölkəyə getmişdi, ancaq bəzi səbəblərdən dolayı yenidən geri qayıtmışdı.
Nəsirinin Asiya Oyunlarına təxminən üç ay qalmış Şimaldakı vətəninə köçməsi İranda bir çoxlarının narahatlığı və medianın reaksiyasına səbəb olub. “Əfşin Fərzam 2022 Asiya Oyunları üçün İran əsas oyunçularından birini itirib”, – deyə vurğulayıb.
İranın avarçəkmə üzrə milli komandasının baş məşqçisi deyib ki, qarşıdakı beş ayda Bəhmən Nəsirinin rekordlarına yetişə bilən bir idmançı hazırlasam belə, daha əvvəl yarış meydanını görmədiyi üçün onu start xəttinə göndərmək riskli olacaq. Bəhmən Nəsiri daha əvvəl Asiya Çempionatı və Kuboku və Olimpiya seçmə oyunlarında iştirak etmiş və bu baxımdan təcrübəli bir idmançıyıdı.
Nəsiri Azərbaycana mühacirət etmədən əvvəl İranda işə götürülməməsindən şikayət edərək, onun mühacirətə getməsinin əsas səbəblərindən birinin İranda işsizlikdən çəkdiyi əziyyətlər olduğunu bildirib.
Daha öncə də çox sayda tanınmış idmançı İran komandalarından ayrılaraq Şimali Azərbaycana köçüblər.