
Qüsursuz “McLaren”
Maks Ferstappen dişi və dırnağı ilə “Ferrari”ni reytinqini cızdı
Maks Ferstappen dişi və dırnağı ilə “Ferrari”ni reytinqini cızdı
“Ferrari” sürücüləri yarışa rəng qatdılar
“Formula 1” tarixinin ən böyük ittifaqı ilk uğurunu qazandı
Norrisi Maksdan cəmi 2, “Mercedes”i isə “McLaren” komandasından 1 xal ayırır
... Yaxud boksda açar götürüb mühəndislərə kömək edən pilot
“McLaren” rəqiblər üçün əlçatmaz idi
Norris yarışı qazansa da səhvləri var idi
Frederik Vassyör komandanın pilotu Şarl Leklerlə köhnə tanışıdırlar
“Ferrari” heç kimi öz yerində işlətmir
... və mövsümün ən darıxdırıcı yarışı
Karyeranın axırıncı 5 ilinin özəti olan son yarış
4 qat gənc çempion və 9 ardıcıl qələbə rekordunu kimsə təkrarlaya biləsin ...
Sabahkı finiş maraqlı olacaq
Verstappen problemini həll edir
... Şumaxerin yerinə Hülkenberq
O yaddaşlarda dəbilqəsiz pilot kimi qalacaq
Deyəsən, Şarl Lekler mövsümün startından sonra Maks Ferstappenlə bütün hesabları bir yarışda çəkdi: əlinə gözəl fürsət düşmüşdü və layiqincə dadını çıxardı – monakolu sürücü niderlandlı sürücünü 50 minlik həmvətənlərinin gözləri önündə 3 dəfə trasda qabaqladı. Maksın təkər problemləri var idi? Əlbəttə, amma dediyim ki, bu Maksın problemləri idi, Şarlın yox. Guya Maks Şarlı keçəndə Şarlın buna bənzər problemləri olmayıb?
Şarl karyerasında ilk dəfə pouldan başlamadan qələbə qazandı. Mayamidən sonra ilk dəfə podiuma, Melburndan sonra ilk dəfə zirvəyə yüksəldi. Bu qələbə özünə inamı, komandaya inamı qaytarmaq, titul uğrunda mübarizəyə geridönüş etmək baxımından vacib idi.
Əlbəttə, “Ferrari” üçün ciddi siqnal Saynsın motorunun vaxtından əvvəl canını tapşırması oldu. Fransada hər iki sürücü yeni motora keçəcəkmi?
“Mercedes”lərin tempi istədiyim və ümid etdiyim qədər deyildi: yellənmə problemi tam çözülüb, sadəcə komanda indi maşının potensialını açmağa başlayır – digər komandalardan 10 yarış geridədir...
Haas bu gün möhtəşəm idi: güclü “Ferrari” motoru mövsümün əvvəlindən yenilənməyən Dallara şassisində keçilməz idi. Təəssüf ki, bir mövsüm buraxmış Kevin Maqnussen və təcrübəsiz Mik Şumaxer bu maşının potensialını hələ indi açmağa başlayıblar. Mik isə həftəsonunun adamı idi.
“McLaren” və “Alpine” də hər iki sürücü ilə xal qazansa da, templəri çox aşağı idi. Bizi isə iki həftədən sonra Pol Rikarda mövsümün ikinci yarısının startı gözləyir...