Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
16:22 | 8 mart 2025 | Şənbə
Məqaləyə 504 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ Çindən əl çəkmir. Prezidenti Donald Trampın Çin məhsullarına qarşı rüsumları artırması azmış kimi indi də ABŞ-nin Missuri ştatının federal məhkəməsi Çin hökumətini pandemiyanın başlanğıcında koronavirusun yayılması ilə bağlı məlumatları gizlətməkdə təqsirli bilərək 24 milyard dollar təzminat ödənməsi barədə qərar qəbul edib. “The New York Times” nəşrinin yazdığına görə, Missuri Prokurorluğu Çinə qarşı iddiasının hələ 2020-ci ilin aprel ayında qaldırıb. Hakim iddianı təmin edib. Hakimin sözlərinə görə, Pekin “COVİD-19” pandemiyasının təhlükələri və əhatə dairəsi haqqında dünyaya yanlış məlumat verdiyini və fərdi qoruyucu vasitələrin istehsalında inhisar yaratmağa çalışdığını bildirib.
Missuri məhkəməsinin qərarı Çin Kommunist Partiyasına, Çindəki yerli hökumətlərə və Çinin Milli Səhiyyə və Sosial İdarəsinə şamil edilir. Missuri Baş Prokurorluğu iddia əsasında cəriməni ödəmək üçün Çinin aktivlərini müsadirə etmək niyyətindədir. Missuri ştatı ilə yanaşı digər ştatlar da Çinə qarşı oxşar iddialar qaldırıb.
Avropa ölkələrindən pandemiyaya ilk əvvəl İtaliya məruz qalmışdı. Bu ölkədə hər gün ölənlərin sayı minlərlə idi. Məlum oldu ki, pandemiyanı İtaliyada bu ölkənin müəssisələrindən çalışan çinli işçilər yayıblar. Məlum oldu ki, İtaliya müəssisələrində çinlilərdən ucuz işçi qüvvəsi kimi istifadə edilirdi. İşçilər Çindən tətildən geri döndükdən sonra xəstəliyi İtaliyaya yayıblar. Sonrakı aylarda pandemiyaya digər Avropa ölkələrinə də çatdı. Ümumilikdə “COVİD-19” pandemiyası əksər ölkəni bürümüşdü. Bir müddət sonra ən dəhşətli vəziyyət ABŞ-da yarandı. Hər gün ölənlərin sayı o minlərlə idi.
Aydındır ki, Çin ABŞ ştatlarının məhkəmə qərarlarını rədd edəcək. Pekin ABŞ məhkəməsinin qərarında vurğulanan “pandemiya barədə yanlış məlumat” və “fərdi qoruyucu vasitələrin istehsalında inhisar yaradıb” tezislərini də qəbul etməyəcək. Ağ Ev sahibi Donald Trampın məhkəmə qərarından Pekinə qarşı təzyiq aləti kimi istifadə edəcəyi də mümkündür.