
İspaniyanı yandıran “ani quraqlıq”
İqlim böhranının yeni təhlükəsi
İqlim böhranının yeni təhlükəsi
Avropada meşə yanğınları rekorda çatdı
Amazon meşələrindəki fəlakətdə geri sayım
Yanğın Fransada 10 min hektardan çox ərazini külə döndərdi
Aude bölgəsində fövqəladə vəziyyət elan edilib
Avropada meşə yanğınları Lüksemburq böyüklükdə ərazini məhv edib
Onlarla ev və avtomobil yanıb, nəqliyyat iflic olub
Marsel hava limanı bağlanıb, qatarların hərəkəti dayandırılıb
Fermada baş verən yanğında yüzlərlə heyvan həlak olub
Daha bir şəhər boşaldılıb
Meşənin alovlanması səbəbindən 2 kənd boşaldılıb
Yunanıstanın cənnəti cəhənnəmə döndü
Fövqəladə vəziyyət elan edilib
Evlər və hotellər boşaldılıb
Mübahisə edən məhbuslar çarpayıya od vurdular
Yanğınlar necə başladı, son vəziyyət necədir?
Bakının Xəzər rayonunda hərbçi avtomobilini yandırıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Ehtiyatda olan baş leytenant Murad Əfəndiyev “Fiat” markalı avtomobilə benzin tökərək od vurub. Nəticədə nəqliyyat vasitəsi kül olub.
M.Əfəndiyevin bunu etməsinə səbəb avtomobilinin borcunu ödəyə bilməməsi olub. Belə ki, o, maşını almaq üçün 7 min manat pul verdiyini, qalan borcu isə ödəyə bilmədiyini əsas gətirib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Elburus İbrahimov bildirib ki, bir nəfərin avtomobili yandırması barədə sosial mediada paylaşılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və hadisənin mayın 11-də Xəzər rayonu ərazisində baş verdiyi məlum olub: “Əməli törətməkdə şübhəli bilinən M.Əfəndiyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun bir il əvvəl aldığı “Fiat Doblo” markalı avtomobilin sahibinə borclu qaldığı 1 000 manatı qaytara bilmədiyinə görə nəqliyyat vasitəsini qəsdən yandırması müəyyən edilib. Faktla bağlı Xəzər RPİ-nin 1-ci Polis şöbəsində araşdırmalar davam etdirilir”.
Oxu.az