Bundestaqda yeni qayda
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
18:40 | 3 iyul 2025 | Cümə axşamı
Məqaləyə 171 dəfə baxılıb
Şriftin ölçüsü
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Ustanı xilas etmək mümkün olmadı
Qlobal meşə hesabatı həyəcan təbili çalır
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
İqlim böhranının yeni təhlükəsi
Avropada meşə yanğınları rekorda çatdı
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
Amazon meşələrindəki fəlakətdə geri sayım
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
Son günlər Almaniyanın bir çox ştatlarında həddindən artıq istilər səbəbindən meşə yanğınları baş verib. Bəzi bölgələrdə havanın temperaturu 40 dərəcəyə yaxınlaşıb. Srağagün Saksoniyanın keçmiş hərbi bölgəsi olan Qohrişheidedə yanğın baş verdi. Yanğının ilk gecə saatlarında nəzarət altına alındığı, lakin bu gün alovların yenidən gücləndiyi bildirilib.
Yanğınla əlaqədar bölgəyə 200-dən çox yanğınsöndürən göndərilib. Alov Saksoniyadan qonşu Brandenburq əyalətinə yayılıb. İndiyədək onlarla insan təxliyə edilib. Söndürmə işləri üçüncü gündə də aralıqsız davam edir. Əvvəlcə Heidehauser kəndindəki insanlar təhlükəsiz ərazilərə aparılıb və qısa müddət sonra Lixtensi təxliyə edildi. Bununla belə, Lixtensi üçün təhlükənin bu gün səhər bitdiyi bildirilib.
Yanğının Brandenburqa çata biləcəyi qorxusu daha əvvəl Zeythayn yanğınsöndürmə idarəsinin rəis müavini Rayko Ridel tərəfindən səsləndirilmişdi. Brandenburq Meşə Yanğından Mühafizə İdarəsinin rəhbəri Raymund Engel “Yanğın nəzarətdən çıxıb”, – demişdi. Qohrişheyddəki bu yanğın regionda ilk deyil. 2022-ci ildə Saksoniyada son 30 ilin ən böyük meşə yanğını qeydə alınmışdı. Bundan əlavə, son günlər Fransanın cənubunda da şiddətli yanğınlar baş verib.
***
Türingiya ştatının bir neçə rayonunda da güclü yanğın baş verib. Saalfelder Höhe bölgəsində təxminən 250 hektar ərazini əhatə edən alov səbəbindən fəlakət vəziyyəti elan edilib. Bu gün səhər saatlarına olan məlumata görə, yanğın tam nəzarət altına alınmasa da, alov artıq görünmürdü. Saalfeld-Rudolstadt rayon administrasiyası yanğının hələ də təhlükəli olduğunu açıqlayıb. Səhər saatlarından etibarən yanğına havadan müdaxilə etmək üçün helikopterlər yenidən xidmətə verilib.
Yanğının dəqiq səbəbi hələlik məlum deyil. İlk olaraq çərşənbə günü başlayan yanğın güclü külək nəticəsində 10 hektardan 250 hektara qədər sürətlə yayılıb. Gecə boyu davam edən yağış gözlənilən rahatlığı vermədi. Səlahiyyətlilər yanğın bölgəsində vətəndaşlara tüstünün yayılması ilə bağlı xəbərdarlıq edib. Dumanın bir hissəsinin Bavariya sərhədini keçdiyi bildirilir. İstilik dalğasından sonra şiddətli tufan xəbərdarlığı davam edir.