vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 22 yanvar 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
KRİMİNAL, CİNAYƏT  
DTX-dan vacib əməliyyat 20:25 | 17 mart 2017 | Cümə Məqaləyə 2331 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

DTX-dan vacib əməliyyat

Bakıdakı gecə barları narkotiksiz qalacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdikləri xüsusi əməliyyatın gedişatında qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə gətirilmiş külli miqdarda psixotrop maddə olan MDMA həblərinin (ekstazi) yayılmasının qarşısı alınıb.

Bu barədə virtualaz.org-a Azərbaycan DTX-nın İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, 15 mart 2017-ci il tarixdə, xüsusi əməliyyat nəticəsində gənclərin çox yığışdıqları yerlərdə mütəmadi olaraq psixotrop maddənin qanunsuz yayılmasını planlaşdırmaqda şübhəli bilinən Məmmədov Ələkbər Zakir oğlu və Mustafayev Şəmistan Əli oğlu saxlanılıblar.

Araşdırma zamanı onlardan böyük miqdarda MDMA həbləri, habelə külli miqdarda güclü təsiredici «Preqabalin» maddəsi aşkarlanaraq götürülüb.