vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
KRİMİNAL, CİNAYƏT  
13:00 | 12 mart 2019 | Çərşənbə axşamı Məqaləyə 2755 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İnsident araşdırılır

Azərbaycanlı əsgər pul tələbinə etiraz edibmiş

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstan ordusunun azərbaycanlı əsgəri Kazım Qəhrəmanovun döyülməsi faktı ilə bağlı istintaq aparılır.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyinin Hərbi Polis Baş İdarəsinin rəis müavini İrakli Bazeraşvili jurnalistlərə bildirib.

O deyib ki, ilkin araşdırmalara əsasən, əsgərdən pulun tələb olunması faktı təsdiqini tapmayıb: “Əsgərin adını çəkdiyi serjant ittihamları qətiyyətlə rədd edir. Bütün lazımi istintaq tədbirləri artıq həyata keçirilir. Təəssüf ki, əsgər Marneulidə xəstəxanada olduğundan onu hələ dindirmək mümkün olmayıb. Əgər ittihamlar təsdiqini tapsa, bütün günahkarlar məsuliyyətə cəlb olunacaq”.

Qeyd edək ki, K.Qəhrəmanov Krtsanisi hərbi hissəsində martın 9-da serjantın gözü qarşısında döyüldüyünü iddia edib. Əsgərin sözlərinə görə, döyülməsinə ondan pulun tələb olunmasına etiraz etməsi səbəb olub.