
“Əməkdaşlığa maraq kifayət qədərdir”
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Günahkar iqlim dəyişikliyidir?
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Rus nefti alan ölkələrə qarşı yeni tədbirlər görüləcək
Vergilər Pekinə cavabdır
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Moskva Dehli ilə keçmiş illərdə imzaladığı sazişə görə Hindistana “S-400” Zenit Raket Komplekslərini (ZRK) çatdırıb. Bir müddət əvvəl Rusiyadan eyni raketləri alan Türkiyə kimi Hindistan üçün də hava sahəsini qorumaq vacibdir. Hindistana əsas təhlükə Çindəndir. İki ölkə arasındakı sərhəddə gərginliyin azalmaması da bundan xəbər verir.
Dehli “S-400” raketlərini Hindistanın hansı hissəsində yerləşdirəcəyinə dair rəsmi məlumat yaymayıb. Ancaq Hindistan mətbuatı həmin raket kompleksinin Çinlə sərhədin Himalay dağları hissəsində yerləşdirəcəyinə dair məqalələr yayımlayırlar. ZRK-ların Hindistanla sərhəddəki Pəncab ştatında yerləşdirəcəyi ehtimalı da var.
ABŞ Hindistanın Rusiyadan “S-400” raketlərini almasının əleyhinə idi. ABŞ prezidenti Co Bayden Hindistanın baş naziri Narendra Modiyə bu haqda fikirlərini açıq bildirmişdi. Bundan sonra Dövlət Departamenti və Pentaqon da hindli həmkarlarını xəbərdar etmişdilər.
Əslində Dehli “S-400” ZRK-ları xaricində Rusiyadan digər hərbi texnikasına marağı azalıb. Halbuki, Hindistan keçmiş illərdə SSRİ-dən və Rusiyadan hərbi texnika alan əsas ölkələrin başında idi. Misal üçün Dehli Moskva ilə 10 il əvvəl imzaladığı sazişə baxmayaraq, Rusiyadan 80 hərbi helikopterin alışından imtina edib. Hindistan son illərdə hərbi texnika alışında Qərb texnologiyalarına üstünlük verir. Rusiyanın hərbi texnikasının Ukraynadakı durumu Hindistan və bənzəri ölkələri Kremllə hərbi sahədə əməkdaşlığa marağını daha da azaldır.
Dehli Ukraynadakı işğalçı müharibəyə görə Rusiyanı tənqid etmir, BMT-də Rusiyanın əleyhinə səs vermir. Dehli Rusiya ilə Qərb arasında balanslı siyasətə üstünlük verir. Buna baxmayaraq, Dehli Çinin bölgədə artan hərbi gücü qarşılığında ABŞ-la əməkdaşlığı genişləndirir. Moskvanın Pekinlə Dehlini barışdırmaq səyləri nəticə vermədi. Bu baş versəydi Dehlinin ABŞ-la yaxınlaşmasına ehtiyac qalmazdı. Ancaq Pekinin aqressiv siyasəti Moskvaya Çinlə Hindistanla barışdırmağa imkan vermir.