
Qərb Turan Ordusuna dəstək verir
Rusiya, Çin və İran isə...
Rusiya, Çin və İran isə...
İsti başla yox, soyuq ağılla verilən qərar
Ərəb dövlətlərinin qəbul etmədiyi Ankara Türküstanı özündən uzaqlaşdırıb
Səlibçilik dünya demokratiyasına təhdiddir
Çin və Rusiyaya baxanda Avropa Birliyi daha az ziyanlıdır
Mərkəzi Asiya ölkələri TDT-dən iqtisadi fayda, Avropadan siyasi qazanc güdür
Çox güclü olduğu dönəmlərdə bunu çözə bilməyən Avropa, indi nə edə bilər ki?
Boğazdan yuxarı olan kəlmələr saxtakarlıq idi
Türkiyə bir qərar verməlidir – ya İslam, ya da Türki dünyasının lideri arasında seçim etməlidir
Azərbaycan dostluq, qardaşlıq, cəsarət və qətiyyətdə nümunədir
Astana, Daşkənd, Aşqabat və Bişkek 7 əsr əvvəlki kimi eyforiya və illüziya aldanır
Türk dünyası ilə yaxınlaşma
Avropa öncə antitürk siyasətindən imtina etməlidir
Türkdilli ölkələr üçün KTMT yox, TDT prioritet olmalıdır
Türkçülüyü motivasiya edən mahnı
Çağırış və təhdidlərə qarşı indidən əməli addımlar atmaq lazımdır
Qırğızıstandan sonra Azərbaycan Prezidenti İlham Əliyev digər Türk dövlətinə – Qazaxıstana işgüzar səfərə gəlib. Bu arada Türkiyə Prezidenti də Astanadadır. Son dövrlər Türk dövlətləri arasında strateji əlaqələrin sürətlə inkişaf etməsi müşahidə edilir. Bu özünü iqtisadi münasibətlərdə də göstərməkdədir. Digər tərəfdən, inkişaf fondlarının yaradılması qarşılıqlı sərmayə imkanlarını daha da gücləndirəcək.
Bu ilin ilk 7 ayında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 3 milyard 991 milyon dollar olub. Həmin müddətdə Türkiyə ilə 3 milyard 376 milyon, Qazaxıstan ilə 350.1 milyon, Türkmənistan ilə 156.9 milyon, Özbəkistan ilə 103.7 milyon, Qırğızıstan ilə isə 4.5 milyon dollar dövriyyə qeydə alınıb. Ötən ilin ilk 7 ayında isə ölkəmiz qardaş Türk dövlətləri ilə 2 milyard 662 milyon dollarlıq ticarət dövriyyəsinə sahib olub. 2021-ci ilin həmin müddətində Türkiyə ilə 2 milyard 502 milyon, Qazaxıstan ilə 58.4 milyon, Özbəkistan 54.2 milyon, Türkmənistan ilə 41.6 milyon, Qırğızıstan ilə 5.7 milyon dollar dövriyyəyə malik olmuşuq.
Bu isə o deməkdir ki, bu ilin ilk 7 ayında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi ötən ilin uyğun dövrü ilə müqayisədə 50.0 faiz artıb. Kifayət qədər ciddi artımdır. Türk dövlətləri yeni inkişaf və əməkdaşlıq mərhələsinə qədəm qoyur. İnvestisiya fondlarının yaradılması, strateji qərarlar, birgə layihələr Türk dünyasını daha da yaxınlaşdıracaq və bütövləşdirəcək.