
Kütahyada zəlzələ
4,2 bal gücündə
4,2 bal gücündə
Trafikdə ən çox vaxt itirilən şəhərlərin sıyahısı
15 nəfər haqqında həbs qətimkan qərarı verilib
Təkanlar 4.9 bal gücündə 11 km dərinlikdə olub
İnsanlar gecəni küçələrdə keçirdilər
Kütahyada bir-birinin ardınca qorxunc zəlzələlər baş verib
AFAD-dan İstanbul zəlzələsi ilə bağlı son dəqiqə açıqlaması
İstanbulda bir dükan sahibinin hərəkətləri sosial mediada trend olub
Zəlzələyə baxmayaraq istehsal davam edib
Afterşoklar və sunamilərin yaranma səsəbləri
Maraş zəlzələsini proqnozlaşdıran Frank Huqerbitsdən yeni açıqlama
İstanbulda baş verən zəlzələnin ilk texniki analizi nəşr olundu
Alman seysmoloq İstanbul zəlzələsini şərh edib: “Növbəti təkanlar 7,4-ə çata bilər”
2027-ci ildə dünyanın sonunu proqnozlaşdıran 900 illik kitab yenidən gündəmə gəlib
Türkiyədəki zəlzələ haqqında danışan seysmoloq: “Yaxşı qurtardıq”
Tanınmış seysmoloq: “Təkanlar fay üzərindəki gərginliyi artırır”
Türkiyənin İstanbul şəhərinin mərkəzində yerləşən “Taksim” meydanında baş verən partlayış nəticəsində yaralananların sayı 81 nəfərə çatıb. Baş verən hadisəylə bağlı Azərbaycan Prezidenti, Birinci Vitse-prezident və XİN rəhbəri Türkiyəli həmkarlarına başsağlığı veriblər.
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən olduqca sarsıldıq.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham ƏliyevAzərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 13 noyabr 2022-ci il
***
Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğana
Hörmətli Əminə xanım,
İstanbul şəhərində baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
Dərin hörmətlə,
***
Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda baş verən partlayışa görə Türkiyəyə başsağlığı verib.
Başsağlığında deyilir: “İstanbul şəhərində törədilmiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə şəfa diləyirik”.
***
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin İstanbul şəhərində baş verən partlayışla bağlı başsağlığı verib.
Bu barədə nazir öz “Twitter” səhifəsində yazıb.
“İstanbulda baş vermiş partlayış xəbəri bizi son dərəcə kədərləndirdi. Qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, həlak olanların ailələrinə və yaxınlarına səbir, yaralananlara şəfa diləyirik”, – deyə nazir bildirib.
***
Ceyhun Bayramov türkiyəli həmkarına İstanbulda baş verən partlayışla bağlı başsağlığı verib.
13 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı olub.
Nazir Ceyhun Bayramov İstanbul şəhərinin İstiqlal prospektində partlayış ilə bağlı dərin təəssüf hisslərini bölüşüb. Partlayış nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu, kədərini və sevincini bölüşdüyünü vurğulayıb.
Nazir Mevlüt Çavuşoğlu başsağlığına görə təşəkkür edib, Azərbaycanın Türkiyəyə verdiyi dəstəyi yüksək qiymətləndirib.