
“Bizim ərlərimiz arvad sözünə baxmır”
Gözəlliyi və zəkası ilə dövrünün məşhur xanımı – Sultan Ağa xanım
Gözəlliyi və zəkası ilə dövrünün məşhur xanımı – Sultan Ağa xanım
... Yaxud Üsküdarlı Bilgə Yusiflə və yunan balıqçı Stelyonun hekayəsi
Yaxud Süleymaniyə məscidi, Səfəvi dövlətinin qiymətli daşları və xoş niyyətə qarşı təkəbbür
İp üzərində qitədən-qitəyə keçdi
Türklərin işi tarixi yaratmaq olub, yazmaq deyil
Ərdoğan: “Ruslar sazişə əməl etmədi, ...
Dünya mətbuatı Türkiyə Ordusunun əməliyyatını manşetlərə daşıdı
... və ya Türkiyədə seçki qabağı şərait
“Səbr edin, üstün olacaqsız” mesajının sahibi kimdir?
“Terror bıçağı” Türkiyənin sümüyünə dirəndi
“Qatilin hadisə yerinə ilk gələnlərdən biri olması ...”
Daha 21 nəfər saxlanılıb
Türkiyə daxili işlər naziri açıqlama yaydı
Dünyadan başsağlığı mesajları
Sonuncu teraktdan 2 ildən artıq vaxt keçmişdi
ASALA və ya TAK sadəcə, marionetlərdir
Türkiyənin İstanbul şəhərinin mərkəzində yerləşən “Taksim” meydanında baş verən partlayış nəticəsində yaralananların sayı 81 nəfərə çatıb.
Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.
“Hazırda 4-ü hadisə yerində olmaqla 6 nəfəri itirmişik. 81 yaralımız var. Hadisə yerinin təhqiqatı tam sürətlə davam edir”, – deyə F.Oktay bildirib. (Trend)
***
19:22
İstanbulda partlayışda ölənlərin sayı 6 nəfərə, yaralananların sayı 53 nəfərə çatıb. Bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
18:50
Türkiyənin İstanbul şəhərinin mərkəzində yerləşən "Taksim" meydanında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 38 nəfər xəsarət alıb.
Bu barədə İstanbulun qubernatoru Ali Yerlikaya məlumat verib. (Trend.az)
***
18:46
Türkiyənin İstanbul şəhərinin mərkəzində baş verən partlayışla bağlı yayım qadağası tətbiq edilib.
Bu barədə Türkiyənin Radio və Televizya Ali Şurasına istinadən xəbər verir. (Trend.az)
***
18:34
Türkiyənin İstanbul şəhərinin mərkəzində yerləşən "Taksim" meydanında baş verən partlayış nəticəsində 36 nəfər xəsarət alıb.
Bu barədə Türkiyənin Baş Prokurorluğundan məlumat verilib. (Trend.az)
***
18:14
İstanbul Valisi Ali Yerlikayanın açıqlamasına görə partlayış zamanı ölənlər olub.
Vali qeyd edib ki, yaralı sayı 11 nəfərdir. Ölənlərin sayı açıqlanmır.
***
17:48
İstanbulun məşhur İstiqlal küçəsində partlayış baş verib. Bu barədə yerli media məlumat yayıb.
Hadisədən sonra əraziyə çoxlu sayda təcili yardım və polis briqadaları göndərilib.
Partlayış nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir. Partlayışın səbəbi hələlik məlum deyil. (APA)