
Fars-molla rejiminin çöküşünün yol xəritəsi
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Hücumlardan sonra ilk uçuş Təbrizdən İstanbula həyata keçirilib
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
Rejim Güney Azərbaycanda yüksələn oyanışdan qorxur
... Milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
“Savaşın yaratdığı faciəvi vəziyyət rejimin regionu uçuruma sürüklədiyini göstərir”
... və candərdi iştirakçılar
“Türk milləti hər zaman öz torpaqlarını qorumağa hazırdır”
Təbrizli rejissorlar əkiz Bəhram və Bəhmən Ərk qardaşları Kann Film Festivalının fondu olan Cinéfondation Seçiminin mükafatına layiq görülüblər.
Müxtəlif ölkələrdən kino məktəblərinin gənc rejissorları qısa və orta metrajlı filmləri ilə Cinéfondation Seçimində yarışmağa haqq qazanıblar.
Jüri heyəti 20-ci Cinéfondation Seçiminin qaliblərini mayın 26-da açıqlayıb.
Fondun veb səhifəsində yerləşdirilən məlumata görə, Belçikadan Valentina Murel «Pol buradadır» adlı filmi ilə birinci, Ərk qardaşları «Heyvan» filmi ilə ikinci, Fransız Tomaso Usbertini «İki gənc öldü» filmi ilə isə üçüncü yeri alıb.
Yayılan məlumata görə, təbrizli əkizlərə 11.250 avro dəyərində mükafat veriləcək, Heyvan filmi isə Parisin Cinéma du Panthéon kinoteatrında yenidən nümayiş etdiriləcək.
Heyvan filmində sərhədi keçərək ölkədən çıxmaq istəyən bir kişinin hekayəsindən bəhs edilir. Filmdə heç bir dialoq yoxdur.
Bəhmən və Bəhram Ərk daha əvvəl türk dilində uzun metrajlı Soyuq filmini çəkiblər.