Ukraynadan Rusiyaya NATO raketləri
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
19:56 | 1 iyun 2025 | Bazar
Məqaləyə 89 dəfə baxılıb
Şriftin ölçüsü
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Rəsmi Kiyev Kremlin “NEZ”iylə oynamayacaq
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
İkinci Dünya müharibəsində almanlar Sibirə gəlib çata bilməmişdilər, Ukrayna isə İrkutskda hərbi əməliyyat keçirir.
Bütün dünya mediası Ukraynanın Rusiyanın ucqarlarında yerləşən strateji obyektlərə amansız zərbə endirməsindən yazır.
Rusiyanın, Ukraynanın Teleqram kanalları baş verənləri “Rusiya Pearl Harboru” adlandırırlar.
Ukrayna kəşfiyyatının bir il ərzində hazırladığı bu əməliyyat nəticəsində dronların köməyilə Rusiyanın Murmanskdakı və hətta Sibirdə, İrkutsk şəhərindəki hərbi hava limanlarında xeyli sayda, 40-dək strateji bombardmançı təyyarələri yerindəcə məhv edilib.
Maraqlıdır ki, Ukrayna kəşfiyyatı xeyli əvvəlcə dronları mobil taxta konteynerlər vasitəsilə Rusiyaya gətirib və lazımi anda konteynerlərin qapaqları uzaq məsafədən idarə olunmaqla açılıb, dronlar havaya qaldırılıb.
Bildirilib ki, “Pautina” kod adlı bu əməliyyatın gedişinə şəxsən Prezident Vladimir Zelenski nəzarət edib, planı isə UTX-nin rəhbəri Vasili Malyuk həyata keçirib.
Bu, Rusiyanın, Rusiya hərbi elitasının, Rusiya ordusunun imicinə çox böyük zərbədir.
Hətta Rusiyanın hökumətə yaxın “Telegram” kanallarında təyyarələri anqarlarda gizlətməyə məsul olan bütün məsul şəxslərin güllələnməsi tələb edilir.
NATO ölkələrinin ekspertləri isə Rusiyanın bir anda xeyli sayda strateji silahlarının məhv edilməsini özlərinə qarşı təhdidlərin də azalması kimi dəyərləndirərək sevinirlər.
Güman ki, Rusiya ordusunun da cavab zərbəsi gecikməyəcək. Ümid edirəm nüvəyə əl atmazlar.
Baş verənlər bir daha sübut edir ki, müasir dron texnologiyaları illərlə və böyük vəsaitlə qurulmuş hərbi gücü bir anda sıradan çıxara bilər. Bu, müharibənin qaydalarının köklü şəkildə dəyişdiyini bir daha göstərir.