
Mask könüllülər axtarır
... Yaxud Marsa birtərəfli bilet
... Yaxud Marsa birtərəfli bilet
Çin kosmosa “Tienvin-2” asteroid zondu göndərdi
Planetin səthində dəlik kəşf edildi
Yer üzündə düşmən olanların Mars üçün bazarlığı
Ən böyük problem Qırmızı planetdə ciddi sağlamlığına riskləri yaradan toz fırtınalarıdır
3,7 milyard illik qaya nümunəsində bütün inqrediyentləri aşkar edilib
NASA-nın qırmızı planetin keçmişi ilə bağlı mühüm ipuçlarını əldə edib
Yeddi planet eyni vaxtda görünəcək
Yaxud 50 sözlük məktubla tarixə düşən gənc qız
Amma torpağın 11-20 km dərinliyində
NASA-nın “Perseverance” kosmik gəmisi Marsda qədim həyatın mümkün əlamətlərini aşkar edib
Alimlər Qırmızı planet üçün kolonizasiya planını açıqladı
Əcnəbi milyarderin məxfi Cəlilabad planı, yaxud...
1,1 milyard dollarlıq Mars Roveri Yerdə qala bilər
Mars planetinin səthində gah peyda olub, gah da yoxa çıxan metrlərlə uzunluğundakı “sirli” qara xətlər haqqında yeni kəşf edilib. Müvafiq olaraq, qırmızı planetin səthindəki bu izlər 1970-ci illərdə elm adamlarının inandıqlarının əksinə olaraq, suyun deyil, külək və toz fəaliyyətinin əlamətləri ola bilər.
“The Independent” qəzetindəki xəbərə görə, “Brown” Universitetinin doktoranturadan sonrakı tədqiqatçısı Adomas Valantinas mövzu ilə bağlı verdiyi açıqlamada, “Marsda aparılan tədqiqatların əsas məqsədi planetdəki müasir prosesləri anlamaqdır... Araşdırmalarımız bu xüsusiyyətlərə toxundu, lakin su ilə bağlı dəlil tapmadı. Modelimiz quru əmələ gəlmə proseslərinə üstünlük verir”.
“Nature Communications” jurnalında dərc olunan araşdırma Bern Universitetindən Valantinas və Valentin Bikelin birgə tədqiqatıdır.
Bu nəticələrə gəlmək üçün tədqiqatçılar maşın öyrənmə alqoritmindən istifadə edərək tapa bildikləri qədər “sirli” qara xətləri sadaladılar. Bu iş sayəsində NASA-nın “Mars Reconnaissance Orbiter” kosmik aparatı tərəfindən çəkilmiş 86 mindən çox yüksək ayırdetmə qabiliyyətinə malik fotoşəkildən Marsın təxminən 500 min qara işarəsi olan xəritəsi yaradılıb.
Tədqiqatçılar daha sonra hazırladıqları xəritəni havanın temperaturu, küləyin sürəti və qaya sürüşməsi aktivliyi daxil olmaqla digər verilənlər bazası və kataloqları ilə müqayisə etdilər və yüz minlərlə halda hər hansı əlaqəni axtardılar.
Onilliklər boyu görünməyə davam etməyən “təkrarlanan yamac xətləri” (RSL) olaraq da bilinən bu zolaqların ümumiyyətlə su və ya buz mənbəyini göstərən faktorlarla əlaqəli olmadığı anlaşıldı. Araşdırmaya görə, bu nümunələr böyük ehtimalla küləyin sürəti və toz yığılmasının orta səviyyədən yuxarı olduğu ərazilərdə formalaşıb.
***
Bu izlərin əmələ gəlməsinin kökündə quru dövrün dayandığına işarə edən bu araşdırmaya görə, nümunələr Mars ilinin ən isti dövrlərində eyni yerlərdə görünür, daha sonra “müəmmalı” şəkildə yox olur.
Tədqiqatçılar belə qənaətə gəliblər ki, qaya səthləri və krater divarları boyunca köhnə yamac xətləri çox güman ki, seysmik aktivlik, külək və ya hətta meteoroid təsirləri nəticəsində yaranan şok dalğalardan sonra tozun yamaclardan ani yerdəyişməsi nəticəsində əmələ gəlib.