
Trampın reytinqində eniş
Epşteyn qalmaqalı, siyasətin təsiri, iqtisadi və sosial amillər – sadiq seçicilər belə narazıdır
Epşteyn qalmaqalı, siyasətin təsiri, iqtisadi və sosial amillər – sadiq seçicilər belə narazıdır
Danışıqlarını üçüncü raundu gedir
Tramp: “Anlaşma istəmədilər, ...”
ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi bir ara 4,41 faizədək yüksəlib
MAGA vicdanı ilə İsrailin nüvə qorxusu arasında
Tikinti ilə tanış olan ABŞ prezidenti faiz endirimi tələbini təkrarladı
ABŞ prezidenti odla-su arasından necə çıxdı?
ABŞ prezidentindən dünyanın ən varlı adamı haqqında gözlənilməz açıqlama
ABŞ Prezidenti Trampdan AB-yə mesaj
ABŞ Ədliyyə Nazirliyindən xəbərdarlıq iddiası
Analitiklər inflyasiya və faiz qərarlarına dair yeni risklərdən danışır
Qəzet Şotlandiya səfəri zamanı Trampı müşayiət edən mətbuat siyahısından çıxardı
FED sədri Konqresə yalan danışıb?
Tramp, “SpaceX”in müqavilələrini ləğv etdirə bilmədi
“Adınızı dəyişin, yoxsa stadion olmayacaq”
Tramp “Wall Street Journal”ın Pauell iddiasını təkzib etdi
“Simpsonlar” (“The Simpsons”) animasiya serialının yaradıcısı Mett Qroninq, Donald Tramp, İlon Mask və serialın uzunömürlülüyü ilə bağlı yeni fikirlərini bölüşüb. O, həmçinin serialın gələcəyi proqnozlaşdırmaq bacarığı ilə bağlı danışıb.
71 yaşlı rəsam və ssenarist bu həftə sonu San-Dieqoda keçirilən “Comic-Con” tədbirində “Simpsonlar”ın 37-ci mövsümünü təqdim edib. “Variety”nin məlumatına görə, Qroninq serialın əsas heyət üzvlərindən biri vəfat edənədək davam edəcəyinə inandığını deyib: “Düzünü desəm, düşünürdüm ki, serial 36-cı mövsümdə bitəcək. Xeyr, hələ son görünmür. Davam edəcəyik. Kiminsə öləcəyinədək davam edəcəyik”.
Qroninq, daha sonra, Donald Trampın vəfatına ABŞ-ın necə reaksiya verəcəyinə dair zarafatyana bir təxmin səsləndirib: “Məlum şəxs öldükdə, ‘Simpsonlar’ xalqın küçələrdə rəqs edəcəyini proqnozlaşdırır. Ta ki, Prezident Vens küçədə rəqs etməyi qadağan edənədək”.
Rəsamın təxminləri arasında Trampın keçmiş müttəfiqi olan İlon Maskla bağlı səhnələr də olub. O, zarafatyana deyib: ““Simpsonlar” proqnozlaşdırır ki, İlon Mask Marsa ayaq basan ilk insan olacaq. Təəccüblü şəkildə, ora məcburi eniş edəcək. Amma radio vasitəsilə həmişəlik orada ilişib qaldığını bildirəcək. Və ən duyğulusu: o, bütün yol boyu alqış səslərini eşidəcək”.
Eyni tədbirdə, serialın növbəti mövsümündə yer alacaq məşhur qonaqlar və ata-oğul səhnələri barədə də məlumat verilib. Yeni bölümlərdə Kirian Kalkin, Qlen Hauerton, Albert Bruks, Kol Eskola, Deni Pudi, Adam Palli və Bredan ilə Domnal Qlison səsləndirmə aparacaqlar.
Ötən ay, “Simpsonlar”ın prodüseri Mett Selman, Mark Simpsonun ölümü səhnəsinə görə şok yaşayan izləyicilərə izah vermişdi. Serialın 36-cı mövsümünün finalında 35 il sonrasını əks etdirən bir bölüm yayımlanmış və orada Homer, həyat yoldaşının məzarı qarşısında diz çökmüş vəziyyətdə təsvir edilmişdi. Qəbir daşında “Əziz həyat yoldaşı, ana, donuz pirzolası ədviyyatçısı” sözləri yazılmışdı. Səhnədə Sara MakLaklanın səsi ilə “İnanmayacaqsınız, amma Mark, Homer-dən əvvəl öldü” mahnısı səsləndirilmişdi.
Lakin Selman “Variety”yə açıqlamasında Markın ölümünün “rəsmi süjet xəttinə” daxil olmadığını bildirib: “Çünki elə bir süjet xətti yoxdur. ‘Simpsonlar’ın ümumiyyətlə bir kanonu belə yoxdur!”
O, illər ərzində bir-birinə zidd olan saysız-hesabsız proqnozlara diqqət çəkərək əlavə edib: ““Simpsonlar”ın gələcək bölümləri hamısı spekulyativ fantaziyalardır, ona görə də hər biri bir-birindən fərqlidir. Mark yəqin ki, bir daha heç vaxt ölməyəcək. Onun öldüyü yeganə yer 6 həftə əvvəl yayımlanan gələcək bölümdür.”
Qroninq serialın ABŞ-ın siyasi və sosial mənzərəsi ilə bağlı başqa proqnozlarını da bölüşüb: “Amerika, Azadlıq Heykəlini Fransaya geri göndərəcək və Şimali Amerika “azadlıq” sözünün nə demək olduğunu xatırlayacaq”.
“Simpsonlar” həm də proqnozlaşdırır ki, ABŞ-ın uşaqları Respublikaçı valideynlərini “MAGA sektasından” xilas edəcək. Bu, belə olacaq: pultu götürün, menyuya girin, nəzarətlərə keçin, şaquli nəzarətə keçin, kanal siyahısını tapın və “Fox News”u silin.