
AKTA tramplin olub
Vətəndaş cəmiyyəti təmsilçisi DTX-da işə qəbul edilib
Vətəndaş cəmiyyəti təmsilçisi DTX-da işə qəbul edilib
DTX və DSX birgə əməliyyat keçirib
Bir həftə ərzində iki dəfə 10,000-dən çox sərnişini yollarda qalıb
... Texniki sübut, yoxsa siyasi şübhə?
İspaniyada elektrik qiymətləri 10 dəfəyə yaxın artdı
Elektrik böhranı Avropaya yayıldı
Ordu küçələrə çıxdı, Avropa ölkələri panikada
Üç ölkədə elektrik enerjisi kəsildi
“Məqsədim özümü həmin şirkətlərə sübut etmək, nüfuz qazanmaq olub”
Vatikan Antoni Qaudinin adı barədə prosesə başlayıb
Avropa ölkəsində məktəb menyusunda köklü dəyişiklik
Hansı Avropa şəhərlərində yaşamaq üçün çox pula ehtiyacınız yoxdur?
Ağardıcı ilə dezinfeksiya edilib, istifadə tarixi dəyişdirilib
“Mən bütün bu şeyləri bilmək istəmirəm”
Mağazalarda satışdan çıxarılıb
Ölən və yaralananlar var
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ölkənin kommersiya banklarından birindən milyonlarla manat oğurlayan xarici ölkə vətəndaşı hakerin İspaniyada həbsi və Bakıya ekstradisiyası barədə rəsmi məlumat yayıb.
Məlumatda deyilir ki, Azərbaycandan kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkədə ictimai əhəmiyyətli infrastruktur obyekti olan kommersiya bankının kompyuter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilib. Pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə hazıradək hesablanmış 3.700.000,0 (üç milyon yeddi yüz min) manatdan artıq vəsait oğurlanıb.
Digər dövlətlərdə olan banklara da eyni metodlarla kiberhücumlar edilərək talama cinayətlərinin törədildiyi müəyyən edilib. Fakt üzrə toplanılmış materiallar əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində beynəlxalq kibercinayətkar qrupun üzvləri ifşa olunub.
Cinayətkar qrupun üzvü kimi cinayət əməllərinin törədilməsində şübhəli bilinən xarici ölkə vətəndaşı Danila Dorin Konstantinoviç İspaniya Krallığının Barselona şəhərində saxlanılıb, beynəlxalq axtarış üzrə məhkəmə prosesləri nəticəsində 2017-ci il iyulun 23-də Azərbaycan Respublikasına ekstradisiya edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. DTX bildirir ki, kommersiya banklarına qarşı analoji kiberhücumların baş verdiyi tərəfdaş dövlətlərin hüquq mühafizə orqanlarına zəruri hüquqi yardım göstəriləcək.