“Dulusçu” Fransada ələ keçdi
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
08:49 | 4 avqust 2025 | Bazar ertəsi
Məqaləyə 329 dəfə baxılıb
Şriftin ölçüsü
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Baş Prokurorluq restoranda araşdırmalara başladı
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Fransada çörəyin içindən çıxan qorxutdu
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı
Fransanın Jura bölgəsində yaşayan 80 yaşlı bir qadın yalnız 1 dəqiqəlik xəstəxana qalışı üçün 1055 avro məbləğində hesabla üzləşib. Hadisə ölkədə səhiyyə sistemi və hesablandırma qaydaları ilə bağlı ciddi narazılıqlara səbəb olub.
Vaxt.az xəbər verir ki, hadisə Lonqi-sür-le-Du qəsəbəsində baş verib. 80 yaşlı qadın evində yıxıldıqdan sonra gecə saat 23:20-də təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Ancaq xəstəxana sistemində “ilk gün” saat 23:59-da başladığı üçün, yalnız bir dəqiqəlik qalışa görə bir günlük xərc tətbiq olunub.
Qadının ailəsinə 3 günlük müalicə üçün təqdim olunan ümumi hesabın ilk günü üçün 1055 avro olduğu bildirilib. Həmin məbləğin 630 avrosu ailə tərəfindən ödənilib, çünki onların əlavə sağlamlıq sığortası olmayıb.
Kütləvi bağlanmalar və sistem böhranı
Mütəxəssislər bildirirlər ki, bu cür hallar Fransada səhiyyə sistemində dərinləşən struktur böhranının nəticəsidir. Son illərdə ölkə üzrə 200-dən çox doğum şöbəsi və kənd xəstəxanası bağlanıb, təcili yardım mərkəzləri isə ya qapanıb, ya da məhdud rejimə keçib. Bir çox bölgədə sakinlər həkimə çatmaq üçün 50 km-dən artıq yol getməyə məcbur qalır. Təkcə 2024-cü ilin əvvəlindən etibarən 20-dən çox xəstəxana tam bağlanıb və bu tendensiya ictimai narazılığı artırır.
Məsələyə münasibət bildirən xəstəxana rəhbərliyi, təqdim olunan hesabın Sosial Müdafiə Məcəlləsinə əsasən düzgün hesablandığını bildirib. Amma hadisə Fransada səhiyyə xidmətlərinin qiymətləndirilməsi və ədalətliliyi məsələlərini yenidən gündəmə gətirib.