
Dəməşqlə Tel-Əviv arasında anlaşma
Netanyahu: “Şara ilə əldə olunacaq razılaşma druzilərin əleyhinə olmayacaq”
Netanyahu: “Şara ilə əldə olunacaq razılaşma druzilərin əleyhinə olmayacaq”
İraq kəşfiyyatı Şara ilə masada
Suriya və Səudiyyə Ərəbistanı enerji sahəsində əməkdaşlığa başlayır
Suriya və İsrail masaya oturdu
Bakı regional və qlobal sülh üçün yeni mərkəzdir
Rəsmi Dəməşq Paris danışıqlarından çəkildi
Türkiyədə son 55 ilin ən isti iyul ayı
Yaxud Yayın istisində qaynayan region
... Yaxud dürzi icması, şəriət və qeyri-şəriət qarşıdurması
Ərəb qəbilələrindən 50 min döyüşçü Süveyda şəhərinə yaxınlaşır
Normallaşma perspektivi, demək olar ki, yoxdur
Dürzilər Suriya, Livan, İordaniya və İsrail də daxil olmaqla bir çox ölkəyə yayılıblar
Baş Qərargah binasının girişi vuruldu
Suriyaya qarşı sanksiyaların ləğvindən sonra ...
Ulduzların sayı artırılıb, buğda sünbülləri çıxarılıb
Livan terror təşkilatı ilə tam bacara bilmir
Ehtimal var ki, Əmrah ailə üzvləri ilə birlikdə Suriyaya gedib. Vaxt.az xəbər verir ki, bu barədə Binəqədi Rayon Polis İdarəsi 40-cı polis bölməsindən vesti.az-a bildiriblər.
Məlumatda deyilir ki, ailə hələ may ayında yoxa çıxıb, lakin onların yaxınları polisə indi məlumat verib. Bildirilir ki, mayın 27-də 1990-cı il təvəllüdlü Əmrah Qüdrət oğlu Xankişiyev və onun həyat yoldaşı, 1991-ci il təvəllüdlü Xankişiyeva Ülviyyə Taleh qızı azyaşlı uşaqları - 2009-cu ildə anadan olmuş Səfiyə və 2012-ci ildə anadan olmuş Həmzə ilə birlikdə evdən çıxıblar və bir daha geri qayıtmayıblar.
Ailənin yoxa çıxması barədə polisə Əmrahın atası məlumat verib. Onun bildirdiyinə görə, oğlu və gəlini uşaqları ilə birlikdə onun evində yaşayıblar. Lakin oğlu ailəsi ilə birlikdə evi tərk edərək gizlənib, heç kimə heç nə deməyib.
Bir neçə gün sonra - iyunun 10-da Əmrah atası ilə telefon əlaqəsi saxlayıb və bildirib ki, guya Türkiyədədirlər və qazanc dalınca gediblər.
Lakin atası oğlunun dediklərinə inanmayıb və polisə ərizə yazıb. Ehtimal var ki, Əmrah ailə üzvləri ilə birlikdə Bəşər Əsədə qarşı döyüşən qruplaşmalara qoşulmaq üçün Suriyaya gedib.
Ancaq polis hələ bu ehtimalı təsdiqləmək imkanında deyil.