Növbə Kubaya çatdı?
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
12:03 | 10 noyabr 2016 | Cümə axşamı
Məqaləyə 1041 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
ABŞ prezidenti bankirlə quda olur
Azərbaycan region ölkələri dövlət başçılarının məşvərət görüşlərinin tamhüquqlu üzvüdür
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
Qədim qızıldərili mifologiyası gündəmdə
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
Azərbaycan və Ermənistan prezidentlərinin Donald Trampa göndərdikləri təbrik mətnlərində oxşar və fərqli məqamlara diqqət yetirdim. Hər iki prezident Amerikanın həmsədrliyinə və münaqişənin həllində oynadığı rola diqqəti çəkiblər. Ancaq bu məktublardakı yeganə oxşarlıqdır.
İlham Əliyev məktubunda Azərbaycan torpaqlarının Ermənistanın işğal altında qalmasından və bir milyon qaçqının varlığından söz açarkən, Serj Sərkistan münaqişənin detallarının üzərindən sükutla keçib. İlham Əliyev ABŞ-ın Minsk Qrupunun həmsədri kimi Trampın rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə öz töhfəsini verəcəyinə ümid etdiyini deyərkən, Serj Sərkisyan yenə müdrikcəsinə susub. Görünür, Sərkisyan Trampdan mədət umduğunu gizlətməklə Rusiyanın qınağına tuş gəlmək istəyib. Əks halda Kreml Sərkisyandan soruşa bilərdi ki, Sən kimsən ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Amerikadan yardım istəyirsən?
Buna baxmayaraq, Serj Sərkisyan Trampa təbrik məktubunda iki hiyləgər cümlə işlədib. Birinci cümləsində deyib: «ABŞ 25 ildir Ermənistan demokratiyasının və iqtisadiyyatının formalaşmasında mühüm rol oynayır». Yəni Sərkisyan bununla demək istəyib ki, bundan sonra köməyinizi kasıb Ermənistandan əsirgəməyin. Sərkisyan ikinci cümləsində isə vurğulayıb ki, «iki dövlət arasındakı əməkdaşlıqda Amerikada yaşayan ermənilərin həmişəki töhfəsi nəzərə alınacaq». Bu Trampa incə mesajdır ki, bəs Amerikada böyük gücə sahib olan erməni lobbisinin maraqları nəzərə alınmalı və erməni lobbisinin iki əsas düşməni – Türkiyə və Azərbaycanla münasibətlərdə diqqətli olmalısınız.
Tramp erməni lobbisinin maraqlarını nəzərə alacaq birisinə bənzəmir. Onun seçkiqabağı kampaniyasında erməni lobbisinin təmsilçiləri ilə sıx əlaqələrinə dair informasiya da yoxdur, tam əksinə Hillari Klinton Nyu-York konqresmeni kimi ermənilərə bir sıra vədlər vermişdi.