Analiz
(hekayə)
Akif ABBASOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Şərab butulkasının sirri
Bilirsiniz niyə şərab şüşələri 750 ml-dir?
-
Alkoqolun riyaziyyatı
Nə qədər və necə içmək ziyansızdır?
-
1,5 litr içki və 200 ədəd siqaret
Alkoqol və tütün məhsullarının idxalı qanunu dəyişir - 2 dəfə azaldıldı
-
İçki içənlərin 4 qrupu var
Siz hansındasınız?
-
Meyvə çayının dişlərə təsiri məlum oldu
Tərkibində turşu olan içkilər eroziya yarada bilər
-
Aralarında qadın və uşaqlar da var
Azərbaycanda 20 mindən çox alkoqolik qeydə alınıb
-
... Gələn ildən hansı idxal mallarının qiyməti dəyişəcək?
Nazirlər Kabinetinin yeni qərarına əsasən ...
-
Saxta içkilər bazarı
Şayiələr və reallıq: Yenə də şadlıq evləri…
-
Azərbaycanda 651 qadın alkoqolizmdən əziyyət çəkir
Ümumilikdə 21 909 xəstə qeydiyyatdadır
-
Arağın tərkibinə dərman qatırlar ki...
«Alkoqolizm narkoloji xəstəliklərin ən ağırıdır»
-
Alimlər alkoqol sənayesini tənqid edir
Spirtli içkilərlə xərçəng arasında əlaqə təhrif edilib?
-
Viski istehsalındakı tullantılardan yanacaq hazırlanır
Bioloji baxımdan həll oluna bilən mikroplastiklər
-
Bir qitəni məhvə aparan vərdiş
Azərbaycanda durum necədir?
-
Kondisionersiz keçinməyin sadə fəndləri
İsti gecələrdə sərin yatmaq üçün 8 üsul
-
Azərbaycanda arağı ən çox hansı bölgədə içirlər?
Bu rayonlar haqqında deyilən mif dağıldı
-
Qadınlar kişilərə çatıb
Spirtli içki qəbul edənlərin statistikasında
Səksən yaşlı ana xəstələnmişdi. Ah-uf edir, sakitləşmək bilmirdi. Alim anasının butulkaya yığılmış sidiyini özü ilə götürdü ki, işə dəyib sonra onu analiz üçün laboratoriyaya aparsın. Fəqət başı öz işlərinə qarışdığından imkan tapa bilmədi ki, analizi laboratoriyaya çatdırsın.
Növbəti gün yenidən analiz üçün sidik yığıldı. Bu dəfə isə butulka unudulub evdə qaldı. Gün dolandı, axşam düşdü, sonra da səhər açıldı. Alim nahar yeməyi üçün hazırlanmış buterbrodu götürüb getmək istəyəndə anası dilə gəldi:
- Belə də övlad olar? Bir gör anasının halına yanır?! Günü günə satır, aparıb analizi vermir?
Alim ayaq saxladı. Əsəbi halda oğlu Elmarı səslədi:
- Ay uşaq, get, o zəhrimarı da gətir.
Elmar gətirib verdi. Alim deyinə-deyinə yola düzəldi.
Axşam hamı süfrənin ətrafına yığılmışdı. Ana da bir balaca özünə gəlmişdi. Alim əllərini yuyub yuxarı başa keçdi. Qoyun ətinin yağlı yerindən yaxşı küftə bozbaş bişirmişdilər. Belə yeməyinki baş soğan, sarımsaq, bir də spirtli içki idi. Onda yağlı ət adamın ürəyini vurmurdu.
Alim bir çəngə quru nanə, bir çəngə də quru reyhan götürüb ovuşdurdu və yeməyin üstünə səpdi. Sonra üzünü arvadına tutaraq:
- O konyakı da gətir, - dedi.
Ceyran xanım təəccüblə ona baxaraq soruşdu:
- Nə konyak?
Alim səsini qaldıraraq:
- Necə yəni nə konyak?! O şüşədəki yarımçıq konyakı deyirəm.
Ceyran xanım key-key onun üzünə baxdı:
- Səndə heç huş qalmayıb. Yadından çıxıb yoxsa?! Səhər tezdən istədin, mən də gətirib verdim. İşə aparmadın məgər?! Ev bir yana qalsın, işdə də içməyindən qalmırsan.
Alim bunu eşidən kimi dik ayağa qalxdı:
- Necə?
Onun bağırtısına hamı bir-birinə dəydi.
Ceyran xanım izah etməli oldu:
- İşə buterbrod qoymuşdum. Dedin: Gətir o zəhrimarı da ver. Fikirləşdim ki, yəqin konyakı deyirsən. Günorta yeməyində içəcəksən.
Alim əlləri ilə başını qucaqladı:
- Vay… Elə bilmişəm anamın sidiyidir, analiz üçün qoymusunuz. İndi necə olsun?! Aparıb laboratoriyaya verdim. Amma, sözün doğrusu, şübhələnmişdim. Baxıram ki, rəngi nəsə tünddür, dedim qoca arvaddır, yəqin ondandır.
…Baş verən hadisədən özü üçün nəticə çıxaran Alim axır ki, anasının sidik analizini laboratoriyaya çatdırdı. Onu görən tanış həkim şaqqanaq çəkdi:
- Ay pir olmuş! Konyakı gətirmisən, çox yaxşı. Bəs onun şokoladını niyə unutmusan?