
300 min ziyan vuran qrup ələ keçib
Vətəndaşa “ehtiyatlı ol” dedikcə, DİN-in əməliyyat qurumları çalışırd
Vətəndaşa “ehtiyatlı ol” dedikcə, DİN-in əməliyyat qurumları çalışırd
Peşəkar kadr potensialının formalaşdırılması diqqətdə saxlanılır
Böyük iqtisadiyyat özünü sorğulayan filosof yetişdirir, kiçik isə onu sorğulamayan din xadimi
Allah olmaq istəyinə düşmək günahına salma məni
... yaxud Quran müsəlmanlığı haqqında bir neçə qeyd
... Yaxud riyakar “konyunkturşiklər” haqqında
Böyük mədəniyyət tənəzzülə uğradan fətva
Belə davam etsə, İslam 10 il sonra ən çox sitayiş olunan din olacaq
Kiminə çətindir, kiminə asan
“Allah hər kəsin dua və diləklərini, qurbanlarını qəbul etsin”
... və “epoxe” prinsipi haqqında
Günümüzün insanı sənət və fəlsəfə üçün yararsızdır
Vicdanlı, dürüst insanların həyatda qalmaq şansı azdırmı?
... Yaxud Tanrı yoxdursa, nə var?
Hər cavabdan yeni bir sual doğmursa, o fəlsəfi yol bitmişdir
Sürücülərin nəzərinə tıxaclı yolların siyahısı yayıldı
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Hacı Məmmədovun intihar etməsi ilə bağlı açıqlama verilib.
Penitensiar Xidmətdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində səhhəti ilə əlaqədar saxlanılan, xüsusilə ağır cinayətlər törətdiyinə görə ömürlük azadlıqdan məhrum edilmiş Hacı Teymur oğlu Məmmədov dekabrın 3-də yerləşdirildiyi kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib.«Məhkum H.T.Məmmədov Penitensiar Xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində «Ağ ciyərlərin dessiminasiya olunmuş vərəmi, dağılma mərhələsində» diaqnozu, habelə şəkərli diabet, digər daxili orqanlarına metastazlar vermiş sağ ağciyərin mərkəzi xərçəngi xəstəliyi ilə əlaqədar müalicə kurslarına cəlb edilib.
Hadisə yeri prokurorluq tərəfindən tibb ekspertinin iştirakı ilə müayinə olunub. Hadisə baş vermiş kameraya və mərhumun üzərinə baxış zamanı sonuncu tərəfindən yazılmış əlyazma aşkar olunub. Həmin əlyazmada qohumlarından, eləcə də saxlandığı müəssisənin əməkdaşlarından üzrxahlıq etməklə heç kəsdən narazı olmadığını ifadə edib», - deyə məlumatda qeyd olunur.
Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, təxirəsalınmaz zəruri prosessual tədbirlər həyata keçirilib, hazırda istintaq hərəkətləri davam etdirilir.