vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 13 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
MƏHKƏMƏ, İSTİNTAQ  
Kuk Trampı məhkəməyə verdi 17:09 | 28 avqust 2025 | Cümə axşamı Məqaləyə 126 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kuk Trampı məhkəməyə verdi

Ağ Ev–FED arasında gərginlik getdikcə yüksəlir

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Mərkəzi Bankının (FED) İdarə Heyətinin üzvü Liza Kuk (Lisa Cook), ipoteka müraciətlərində saxtakarlıq etdiyi iddiaları əsasında Prezident Donald Trampın onu vəzifədən kənarlaşdırmaq cəhdinə qarşı məhkəmə iddiası qaldırıb. Bu addım FED-in müstəqilliyi ilə bağlı tarixi mübarizənin başlanğıcı kimi qiymətləndirilir.

Məhkəmə sənədlərinə görə, Kuk iddianı bu gün Vaşinqtondakı federal məhkəməyə təqdim edib.

Hadisə Trampın faiz endirimi tələblərinə qarşı çıxan Ağ Ev ilə FED arasında gərginliyin daha da artması deməkdir.

Növbəti günlərdə məhkəmənin verəcəyi qərarların, prezidentin addımlarının FED-in müstəqilliyinə mənfi təsir göstərə biləcəyinə dair investorların narahatlığını artıracağı gözlənilir.

Kuk iddianı, Trampın ona ünvanladığı məktubda maliyyə məsələsində aldadıcı və potensial olaraq cinayət xarakterli davranışlara yol verdiyi səbəbindən dərhal vəzifədən azad olunacağını bildirməsindən bir neçə gün sonra qaldırıb.