
DİN-in strateji prioriteti
Peşəkar kadr potensialının formalaşdırılması diqqətdə saxlanılır
Peşəkar kadr potensialının formalaşdırılması diqqətdə saxlanılır
Böyük iqtisadiyyat özünü sorğulayan filosof yetişdirir, kiçik isə onu sorğulamayan din xadimi
Allah olmaq istəyinə düşmək günahına salma məni
... yaxud Quran müsəlmanlığı haqqında bir neçə qeyd
... Yaxud riyakar “konyunkturşiklər” haqqında
Böyük mədəniyyət tənəzzülə uğradan fətva
Belə davam etsə, İslam 10 il sonra ən çox sitayiş olunan din olacaq
Kiminə çətindir, kiminə asan
“Allah hər kəsin dua və diləklərini, qurbanlarını qəbul etsin”
... və “epoxe” prinsipi haqqında
Günümüzün insanı sənət və fəlsəfə üçün yararsızdır
Vicdanlı, dürüst insanların həyatda qalmaq şansı azdırmı?
... Yaxud Tanrı yoxdursa, nə var?
Hər cavabdan yeni bir sual doğmursa, o fəlsəfi yol bitmişdir
Sürücülərin nəzərinə tıxaclı yolların siyahısı yayıldı
Bank kartlarından minlərlə manat oğurlayan fırıldaqçılar “yağlı müştəriləri” necə müəyyənləşdirirlər?
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları paytaxtda fəaliyyət göstərən qumarxana fəaliyyətinin qarşısını alıb.
Vaxt.az xəbər verir ki, əməliyyat axtarış tədbirləri nəticəsində Səbayel rayon Bayıl qəsəbəsində yerləşən kafedə «poker» kart oyunları təşkil olunması müəyyən edilib. Araşdırmalarla məlum olub ki, obyekti Səbayel rayon sakini, 31 yaşlı Elşad Kərimov kirayəyə götürüb və qumar oyunları təşkil edib.
Elşad Kərimov tanışı, 52 yaşlı Mahir Əsədovu da ətrafına cəlb edərək qumar oyunlarına nəzarət etməyi ona tapşırıb. Hər gün axşam saatlarından başlayan qumar oyunları gecə saatlarınadək davam edib və uduşdan əldə edilən pulların bir hissəsi obyekt sahiblərinə çatıb. Qumarxanaya baxış zamanı oyun kartları və qumar oyunlarına qoyulmuş külli miqdarda pul vəsaiti aşkar edilərək maddi sübut kimi götürülüb. Qumar oyunlarında iştirak edən şəxslər, eləcə də oyunların təşkilatçılığında təqsirli bilinən 2 nəfər barəsində qanunla müəyyən olunmuş qaydada tədbir görülüb.