
Tunel suyla dolub
Sürücülərin nəzərinə tıxaclı yolların siyahısı yayıldı
Sürücülərin nəzərinə tıxaclı yolların siyahısı yayıldı
Bank kartlarından minlərlə manat oğurlayan fırıldaqçılar “yağlı müştəriləri” necə müəyyənləşdirirlər?
Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar?
Ürəklərə hərarət, düşüncələrə aydınlıq gətirir
Evi başına uçurdulan şəxsdən ilginc iddia: ““Melissa Park” məhkəmə qərarını çeynədi”
“Onkoloji xəstə olan bacımın qoluna daş düşdü, şüşə isə mənim qolumu kəsdi”
Filosof dindən, mənəviyyatdan danışa bilərmi, yaxud fəlsəfəni gettolaşdırmaq istəyənlər haqqında
2027-ci ildə dünyanın sonunu proqnozlaşdıran 900 illik kitab yenidən gündəmə gəlib
Gavurlarda vəziyyət bəllidir, bəs bizdə?
Russonun bəhs etdiyi cəmiyyətin bildiyi və arzuladığı əsas dəyərlərə bağlı olmalıdır
Kim kiminlə rəqabət aparır?
DİN-in açıqladığı statistika acınacaqlıdır
Niyə gömrük və polis akademiyamız var, amma vergi yoxdur?...
Qazilərin əlilliyinin qiymətləndirilməsinə dair meyarlar gələn aydan dəyişir
Avtoqəzada ayağını itirənlə müharibədə şikəst olanlar arasında fərq qoyulmur
Şəhid generalın anasından Sahil Babayevə sərt sözlər
Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) mişar daşlarının istehsal olunduğu müəssisələrdə (daş karxanalarında) əməyin mühafizəsi üzrə standartların, norma və qaydaların tələblərinə əməl edilməsi vəziyyətinin araşdırılması üçün dövlət nəzarəti tədbirlərini davam etdirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə, «Təhlükəsiz iş aylığı» çərçivəsində həyata keçirilən növbəti nəzarət tədbirində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşlarının da iştirakı təmin olunub.
Dövlət nəzarəti zamanı Bakının Qaradağ rayonunda yerləşən «Sehran» MMC-də və «Sunrice» MMC-də əməyin mühafizəsi ilə bağlı bir sıra cari işlərin görülməsinə baxmayaraq, onlarda işçilərin həyat və sağlamlığı üçün təhlükəli olan əmək şəraitinin mövcud olduğu müəyyən edilib. İşçilərin həlak olmasına və ya xəsarət almalarına səbəb ola biləcək istehsalat qəzalarının qarşısının alınması üçün bu müəssisələrdə heç bir profilaktiki tədbirlərin görülmədiyi, işçilərin fərdi mühafizə vasitələri olmadan işlədikləri aşkarlanıb. Digər tərəfdən, işçilərlə əmək münasibətlərinin, onlara ödənilən əmək haqlarının rəsmiləşdirilmədiyi, iş vaxtının rejimi, iş vaxtından artıq vaxtda işin tənzimlənməsi, istirahət vaxtı qaydalarının pozulması kimi nöqsanlar müşahidə edilib.
Cari ilin əvvəllərində DƏMX tərəfindən digər müəssisələr kimi, «Sehran» MMC və «Sunrice» MMC-yə də rəsmi məktubla müraciət olunub. Məktubda əməyin mühafizəsi sahəsində mövcud nöqsanların Əmək Məcəlləsinin 215-ci maddəsinə uyğun şəkildə aradan qaldırılması və əmək şəraitinin texniki təhlükəsizlik qaydalarına uyğun təşkil olunması, işçilər üçün sağlam sanitariya-gigiyena şəraitinin yaradılması barədə icrası məcburi olan göstərişlər əksini tapıb. Həmçinin bu müəssisələrdə qeyd olunan tələblərin icrasının, eləcə də işçilərin pulsuz olaraq fərdi mühafizə vasitələri (xüsusi geyim, xüsusi ayaqqabı və s.) ilə təmin olunması vəziyyətinin araşdırılacağı bildirilib.
Hər iki müəssisədə aşkar olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılanadək işlər dayandırılıb. Həmin müəssisələrin rəhbər şəxslərinə əmək qanunvericiliyindən irəli gələn tələblərin yerinə yetirilməsi ilə bağlı icrası məcburi olan göstərişlər verilərək akt tərtib olunub.