vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 noyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MUSİQİ  
22:04 | 13 iyul 2017 | Cümə axşamı Məqaləyə 1779 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

DİM hamıya bir gözlə baxır

Səsi ilə Azərbaycana səs salan çobana nə mane olur?

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • Çoban kanservatoriyada oxuyacaq

Qoyun otararkən mahnı oxuyan və hər kəsin marağına səbəb olan çobanı «Xəzər Xəbər» göstərdikdən sonra Pərvin Səfərov Milli Konservatoriyaya dəvət olunmuşdu. Onun musiqi kolleclərindən birində təhsil alması üçün kömək ediləcəyi bildirilmişdi. Xüsusi istedadlı gənc kimi imtahansız kollecə daxil olması üçün dövlət imtahan mərkəzinə məktub göndərilsə də, bu istək həyata keçmədi. Bəs səbəb nədir?

VAXT.AZ xezerxeber.az-a istinadən bildirir ki, çobanlıq edən Pərvin Səfərov Milli Konservatoriyaya dəvət edilərək tanınmış sənətkarların qarşısında çıxış etdi.

Və ona söz verildi ki, musiqi təhsili alması üçün imtahansız kollecə daxil olunmasına köməklik ediləcək. Hətta bu haqda Dövlət İmtahan Mərkəzinə məktub göndərildi. Lakin Pərvin deyir ki, əksinə olub, ondan imtahan götürüblər. Təbii olaraq da o imtahandan lazımi balı toplaya bilməyib.

Pərvin deyir ki, o çobanlıqla məşğuldur. Dərs oxumağa vaxtı yoxdur. Amma səsi olduğu üçün ona söz verilmişdi ki, imtahan vermədən kollecə qəbul edəcəklər.

Milli Konservatoriyada isə hələ də ümid edirlər ki, Dövlət İmtahan Mərkəzi (DİM) Pərvinin istedadını nəzərə alaraq, onun imtahansız kollecə qəbul olunmasını təmin edəcəklər. DİM də məsələyə aydınlıq gətirib. Bildirilir ki. Nazirlər kabinetinin təsdiqlədiyi qaydalara görə, yalnız beynəlxalq müsabiqələrin laureatı olmuş insanlar imtahansız hansısa təhsil müəssisəsinə qəbul ola bilər.

Mərkəzdən məsləhət görürlər ki, Pərvin müsabiqələrdə iştirak etmək üçün müraciət etsin. Yalnız orda uğur qazandıqdan sonra imtahan vermədən təhsil ala bilər.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *