

Antarktika üzərində ozon dəliyinin bağlandığı təsdiqləndi
NASA Günəş işığı düşməyən kraterləri araşdırmağa başlanıldı
İlk hesabla sonuncu arasında 1,77 faiz fərq var
2025-ci və növbəti 10 il üçün dünyanı gözləyən ən böyük təhlükələrin siyahısı açıqlanıb
10 metr diametrlik asteroid planetimizin ətrafında bir dövrə vurub gedəcək
NASA: “O, mövcud nəzəriyyələrə meydan oxuyur”
Alimlər peykin maqnit sahəsinə dair təxminləri milyonlarla il geriyə atdılar
Alimlər 1300 qalaktikada sivilzasiya əlamətləri tapmaq ümidindədir
NASA 60 il axtardığı Yer kürəsini əhatə edən elektrik sahəsini nəhayət tapdı
Yeni dəlillər Ayın maqma okeanı ilə örtüldüyünü aşkar edib
Yer kürəsi peykinin atmosferinin necə əmələ gəldiyi müəyyən edilib
Gənc Günəşə bənzəyən ulduz qayıdışı ilə alimləri təəccübləndirdi
Orada ən azı enerji kəsintisi, təbii fəlakət, iqlim dəyişikliyi, geosiyasi münaqişələrlə bağlı problemlər yoxdur
Kosmik hava şəraitini proqnozlaşdırmaq əsas infrastrukturların təhlükəsizliyinə açar ola bilər
Güclü cərəyan dalğaları elektrik xətləri, sualtı kabellər, neft boruları və dəmir yollarına ciddi təhdiddir
Yaponiya Çini geridə qoya bilər
Son hesablamalara görə, Yerlə toqquşma ehtimalı artan böyük bir asteroid planeti əldən verə və onun əvəzinə Aya çarpa bilər.
NASA-nın Yerə Yaxın Obyekt Tədqiqatları Mərkəzi (CNEOS) 2024 YR4 asteroidinin orbitini tədqiq edərək, onun 2032-ci ildə planetlə toqquşma ehtimalının iki dəfə artaraq 1 faizdən 2,3 faizə yüksəldiyini müəyyən edib.
Arizona Universitetinin astronomu Devid Rankinin yeni hesablamaları göstərir ki, eni 90 metr olan asteroidin Aya toqquşma ehtimalı 0,3 faizdir.
Ayın asteroidləri yavaşlatmaq üçün Yer kimi atmosferi olmadığı üçün nəhəng kosmik qayanın potensial zərbəsi yüzlərlə metr enində krater yarada bilər və kosmosa dağıntılar göndərə bilər.
Əgər 2024 YR4 Aya düşsəydi, alimlər Yerin qonşusundan bəzi dağıntıların planetə yağacağından ehtiyat edirlər.
“New Scientist” elmi jurnalına danışan “Bunun Yerə dəyən bəzi materialı geri çəkə bilməsi ehtimalı var, lakin mən bunun böyük təhlükə yaradacağını düşünmürəm”, – deyə alim Rankin bildirib.
İlk dəfə ötən il dekabrın 27-də aşkar edilən asteroidin orbiti ilə bağlı hələ də müəyyən qeyri-müəyyənliklər var.
NASA nəhəng kosmik qayanın tədqiqini davam etdirməyə ümid edir və onun yeri haqqında daha çox məlumat əldə etdikcə asteroidin Yerlə toqquşma şansının azalacağını gözləyir.
“Keçmişdə bir neçə obyekt olub ki, onlar risk siyahısında yuxarı qalxıb, daha çox məlumat əldə olunduqca isə ehtimalla aşağı düşüb”, – deyə ABŞ kosmik agentliyi bildirib.
Dünyanın kosmos agentlikləri “2024 YR4” kimi təhlükəli “şəhər öldürücü” asteroidlərin yaratdığı təhlükəyə qarşı həll yolları hazırlayır.
Bu eksperimental üsullardan bəziləri kosmik gəminin asteroidlərə çırpılması və ya nüvə partlayışları ilə onların kursunun dəyişdirilməsidir.
Çin bu yaxınlarda səylərə qoşularaq “planet müdafiə missiyası” üçün çoxlu mövqelər yerləşdirdi.
Çinin Milli Müdafiə üzrə Dövlət Elm, Texnologiya və Sənaye İdarəsi, aerokosmik mühəndislik tədqiqatlarına cavabdehdir. “İdarə asteroid izləmə işi üçün məzunlar axtarır”, – SCMP bildirib.
Çin Milli Kosmik Elm Mərkəzində asteroid müdafiəsini araşdıran tədqiqatçı Li Mingtao deyib: “Biz asteroidlərdən müdafiəyə həsr olunmuş istedadlı komanda yetişdirməklə Yerin təhlükəsizliyini qorumaq üçün Çin müdrikliyi və gücünə töhfə verməliyik”.
Keçən il Çin bir asteroidi müşahidə etmək üçün kosmik gəmidən istifadə edəcək və 2030-cu ildə yolunu dəyişmək üçün kosmik qayaya çarpacaq bir missiya üçün konseptual plan təqdim etdi.
“2024 YR4” asteroidinin 2028-ci ildə yenidən Yerdən təhlükəsiz keçəcəyi proqnozlaşdırıldığı üçün tədqiqatçılar onun 2032-ci ildə Yerlə toqquşma ehtimalını daha çox öyrənməyə və daha dəqiq müəyyən etməyə ümid edirlər.