Canlı yayım rejimin canını sıxıb
“Traktor”un oyununun nümayişi fars-molla hakimiyyətini narahat edib
            					
            	
                12:16 | 16 fevral 2022 | Çərşənbə
                Məqaləyə 2398 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                
                
                                “Traktor”un oyununun nümayişi fars-molla hakimiyyətini narahat edib
                                Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar
                                Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
                                Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
                                Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
                                “Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
                                Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
                                Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
                                İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
                                Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
                                Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
                                Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
                                Urmiya gölünün tamamilə qurumasının fəsadları
                                “Ocaq”ın yeni mənası
                                Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
                                Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
İranda tanınmış rejissor və aktyor Hadi Hicazifərin 1980-1988-ci illərdə baş vermiş İran-İraq müharibəsi haqqında çəkdiyi türkdilli “Mehdinin Mövqeyi” filmi 40-cı Beynəlxalq Fəcr Festivalının qalibi olub.
Hadi Hicazifərin rejissor, ssenarist və baş rol aktyoru olduğu kinofilm İran-İraq müharibəsində öldürülən məşhur komandir və Urmiyanın sabiq Bələdiyyə Başqanı Mehdi Bakirinin həyatının son illərini təsvir edir.
Hazırda İranda böyük ekranlarda olan türkdilli “Atabay” filmi xüsusilə İran Azərbaycanında əldə etdiyi uğur sayəsində hazırkı dövrdə İranda ən çox satılan filmlər arasındadır.
Hicazifərin yeni filminin də türk dilində olması mübahisə mövzusu olub. O, “Mehdinin Mövqeyi” filminin mətbuat konfransında filmin türk dilində çəkilməsinin səbəblərini açıqlayıb.
“Filmin türkcə çəkilməsi buna görədir ki, 31-ci Aşura Briqadası türklərin briqadası olub. İçində sadəcə iki nəfər farsdilli olub. Filmdə olmazdı ki, farsca danışsınlar”, rejissor qeyd edib.
Hadi Hicazifər dövlət agentliyi İRNA-ya müsahibədə də filmin dili haqqında izahat verib. “Türk dili üzərində israrım yoxdur”, o, söyləyib. “Təəssüf ki, biz dil və mədəniyyət müxtəlifliyinin gözəlliklərindən xəbərsizik. Hər şeyi memarlıqda olduğu kimi tək şəkil və tək formaya çevirməyə çalışırıq. Həqiqətən türkcə film çəkməkdə israrım yoxdur. Ancaq mən türkəm, sizinlə danışdığım zaman zehnim bu söhbəti türkcəyə çevirir və mən yenidən onu farscaya tərcümə edirəm”, o bildirib.
“Mehdinin Mövqeyi” filminin əsas xarakteri Mehdi Bakiri Urmiyanın sabiq bələdiyyə başqanı və İran-İraq müharibəsində 31-ci Aşura diviziyasının komandiri olub. O, 1985-ci ilin mart ayında 31 yaşında ikən müharibədə öldürülüb. Bakiri İran İslam Respublikasında İran-İraq müharibəsinin ən önəmli fiqurlarından biri hesab edilir. İran Azərbaycanı başda olmaqla ölkənin hər tərəfində onun xatirəsini əziz tutmaq üçün şəhərlərin bir çox əsas küçələri və ümumi məkanlarına “Şəhid Mehdi Bakiri” adı verilib.