
“Özünüzü aldatmayın”
NATO Avropa və ABŞ-a xəbərdarlıq edir: “Təkbaşına hərəkət etməyin vaxtı deyil”
NATO Avropa və ABŞ-a xəbərdarlıq edir: “Təkbaşına hərəkət etməyin vaxtı deyil”
3,7 milyard illik qaya nümunəsində bütün inqrediyentləri aşkar edilib
NASA “Böyük Çarx”ın sürətlə böyüdüyünü açıqladı
NASA astronavtları Yerə qayıtdı
ABŞ astronavtlarının 9 aydan sonra planetə dönüşləri canlı yayımlanacaq
NASA-nın qırmızı planetin keçmişi ilə bağlı mühüm ipuçlarını əldə edib
Yeni hökumət dünyanın ən böyük kosmik agentliyinin büdcəsini yox olma səviyyəsində kəsir
NASA Günəş işığı düşməyən kraterləri araşdırmağa başlanıldı
25 sm diametrlik dəlik içərisində 7 nəfər olan NASA şatlının partlamasına səbəb olub
“Boeing”in apardığı astronavtları “SpaceX” yerə qaytaracaq
NASA bir-birinə çox yaxın olan nəhəng qara dəliklər aşkar edib
Avropanın qabaqcıl Salsa peyki Yer atmosferinə alovlu eniş etdi
Onun səthi ilk dəfə bu qədər yaxından çəkilib
NASA-nın 80 kvadratmetrlik cihazı hazırda Yerdən görünən ən parlaq obyektlərdən biridir
“Starliner” avtopilotda yerə enib
ABŞ şirkəti minerallar çıxarmaq üçün asteroiddə zavod qurmağı planlaşdırır
NASA məşhur reper Missi Elliottun mahnısını Veneraya göndərib. Daha əvvəl müxtəlif mahnılar Yerdən kənara göndərilsə də, ilk dəfə hip-hop mahnısı dərin kosmosa yol alıb.
ABŞ Kosmik Agentliyi bazar ertəsi elan etdi ki, onlar “Elliottun The Rain” (Supa Dupa Fly) mahnısını iyulun 12-də Veneraya göndəriblər.
Ən azı 60 ildir kosmik gəmilərlə əlaqə saxlamaq üçün istifadə edilən Dərin Kosmos Şəbəkəsindən istifadə edərkən mahnının planetə çatması təxminən 14 dəqiqə çəkib.
NASA daha əvvəl də müxtəlif yollarla kosmosa musiqi göndərmişdi. Məsələn, 1977-ci ildə kosmosa buraxılan Voyacer kosmik gəmisindəki qızıl qeydlərdə təbiətdən və insan söhbətlərindən, mahnılardan ibarət yazılar var idi.
“Deep Space Network” vasitəsilə göndərilən yeganə mahnı “The Beatles”in “Across the Universe” mahnısı idi. Kosmik agentlik mahnını 2008-ci ildə Qütb Ulduzuna ötürmüşdü.
Mahnının niyə yenidən kosmosa göndərildiyi açıqlanmayıb, lakin NASA-nın kommunikasiya ofisindən Brittani Braun sənətçi seçimi ilə bağlı bunları deyib: “Missinin kliplərində kosmosa yönəlmiş hekayələr və futuristik vizuallardan istifadə tarixi var. Beləliklə, bu dünyadan kənar bir şey üzərində əməkdaşlıq etmək fürsəti çox vaxtındadır”.
“Rock & Roll” Şöhrət Zalına qəbul edilən ilk qadın reper olan “Elliott”, X (Twitter) sosial media səhifəsindəki paylaşımında “mənim “The Rain” mahnım rəsmi olaraq Veneraya – gücü, gözəlliyi və güclənməyi tərənnüm edən planetə çatdırıldı”, – deyib.
“Səma həddi deyil, sadəcə başlanğıcdır”.