Cəhalətin qurbanları
Bir millət elmə arxa çevirəndə, bunun hesabını gələcək nəsillər ağır ödəyir
11:50 | 11 dekabr 2016 | Bazar
Məqaləyə 2393 dəfə baxılıb
Şriftin ölçüsü
Bir millət elmə arxa çevirəndə, bunun hesabını gələcək nəsillər ağır ödəyir
Qərb və yəhudi bankirlər, yoxsa ...
Uçuş dayanmayanda ayağa qalxan sərnişinlərə cəza
11 Sentyabr hücumlarında həyatını itirən daha üç nəfərin kimliyi müəyyən edildi
Dünyanın ən böyük meqapolisini silkələyən hücumdan sonra şəhərin “terrorla mübarizə” fondu da kəsilib
Pakistanın iki əyalətində silsilə terror hücumları
İntihar məktubu ilə gələn terror – Amerikan futbolu yoxsa sistem faciəsi
Göydələnə silahlı basqın; 1-i polis olmaqla 4 nəfəri öldürən silahlı şəxs 33-cü mərtəbədə intihar etdi
Elazığı bizim üçün çox dəyərli və əziz edən özəlliyi
İki yüksək vəzifəli məmur öldürüldü
Böyükçəkməcə də 4 bal gücündə 2 təkan qeydə alınıb
“İnsanların öz iradəsinə zidd doğulmasının əleyhinəyəm”
Aralıq dənizində baş verən zəlzələ Yunanıstanı silkələdi
Təkanlar 3,8 bal gücündə olub
Böyük bir sui-qəsd planı ifşa edildi
4,2 bal gücündə
Türkiyənin baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib ki, ötən axşam İstanbulun Beşiktaş rayonunda törədilmiş terror aktında hədəf polis təşkilatı olub.
Virtualaz.org xəbər verir ki, Kurtulmuş CNN Türk kanalına müsahibəsində terror aktının PKK tərəfindən törədildiyinin əsas versiya olduğunu deyib. «İzlər PKK-nı göstərir» - Kurtulmuş ilkin təhqiqatların nəticəsinə əsasən bildirib.
Onun sözlərinə görə, terror hücumunda 300-400 kiloqram ağırlığında partlayıcı istifadə olunub. Partlayış o qədər güclü olub ki, içərisində polislərin olduğu avtobus parça-parça olaraq ətrafa səpələnib, yox olub. Partlayışın episentrində dərin çuxur açılıb.
***
10:00
İstanbulda ötən axşam törədilən terrorda ölənlərin və yaralananların rəsmi sayı açıqlanıb.
Virtualaz.org xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırım polis avtobusunun partladılması nəticəsində 29 nəfərin həlak olduğunu, 166 nəfərin müxtəlif dərəcədə yaralar aldığını açıqlayıb. Ölənlərin 27-i polisdir. Baş nazir terror aktı ilə bağlı bütün Türkiyə ərazisində matəm elan edilməsi haqda sərəncam verib. Bu gün bütün dövlət idarələrində Türkiyə bayraqları endirilib.
Xəbər verildiyi kimi terror aktı yerli vaxtla saat 22.30-da İstanbulun Beşiktaş rayonunda, «Vodofone Arena» stadionunun yaxınlığında, «Beşiktaş» və «Bursaspor» komandaları arasında futbol matçından sonra törədilib. Əvvəlcə polis avtobusunun içərisinə yerləşdirilmiş bomba işə düşüb, ardınca terrorçu-kamikadze özünü partladıb.
Terror aktını hansı qruplaşmanın törətdiyi hələ müəyyən edilməyib. Bununla belə rəsmilər 10-a yaxın şübhəlinin saxlanıldığını xəbər verir. Prezident Rəcəb Tayyib Ərdoğan terror aktı ilə bağlı bəyanatla çıxış edərək deyib ki, istər İŞİD, istər FETÖ və ya PKK olsun, terror aktını kim törədibsə öz cəzasını alacaq. «Biz millət olaraq bu canilərin izini heç vaxt əldən buraxmayacağıq» - Ərdoğan bildirib.
Şahidlərin bildirdiyinə görə, partlayış futbol matçının başa çatmasından təxminən 10 dəqiqə sonra baş verib. Komandaların azarkeşlərini daşıyan avtobuslar yola çıxıb, bunun ardınca polis avtobusu hərəkətə gələn kimi partlayış olub. Cəmi 45 saniyə sonra terrorçu-kamikadze özünü partladıb. Belə görünür ki, əsas hədəf stadionda asayişi təmin edən polislər olub.
Xatırladaq ki, Türkiyədə bundan əvvəl də dəfələrlə çoxsaylı insan tələfatına səbəb olan terror hücumları törədilib.